Opera və Balet Teatrının rejissoru mükafatlandırılıb

6 Baxış

Opera_ve_balet_teatriMədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru Alik Usubovu mükafatlandırıb.

Nazirliyin mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, Əməkdar incəsənət xadimi Azərbaycan musiqi və teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və anadan olmasının 80 illiyi münasibətilə mükafatlandırılıb. Zəngin yaradıcılıq bioqrafiyasına malik olan Alik Teymur oğlu Usubov 1978-1980-ci illərdə “Azkonsert” Birliyinin bədii rəhbəri olub. 1980-1983-cü illərdə Rusiyanın Omsk Vilayətində Dövlət Musiqili Teatrının təməlini qoyub.

1983-cü ildə vətənə qayıdan sənətçi 1994-cü ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb. 1994-cü ildə Omsk vilayəti rəhbərliyinin dəvəti ilə Alik Usubov Omsk Dövlət Filarmoniyasına bədii rəhbər təyin olunub. 6 il müddətində hər il Beynəlxalq miqyaslı “Душа России” adlı festivalın təşkilatçısı və quruluşçu rejissoru kimi fəaliyyət göstərib. 1997-2000-ci illərdə sənətçi “Sibir” regionlararası milli mədəniyyət birliyinin baş direktoru və bədii rəhbəri olub. 2000-ci ildən bu günədək Omsk Dövlət Universitetinin “İncəsənət və mədəniyyət” fakültəsinin professorudur.

Alik Usubov 1977-ci ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülüb. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10