Ortaq türk dili ilə bağlı monoqrafiya çap olundu

8 Baxış
rt22449208.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” adlı monoqrafiyası çap olunub.

Senet.az-ın məlumatına görə, kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində gö­rü­­lən işlər, XX əsrin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Türk­lər ara­sında ortaq ünsiyyət dilini for­malaşdırmaq üçün əlifba və imla prob­lemlərini həll etmək kimi mə­sə­lələr elmi-nəzəri aspektdə təd­qiq olunub.
Elmi əsərdə türk xalq­la­rı­nın ortaq və ümumi əlifbaya keçməsi yol­­larının müəyyənləşdirilməsi, nə­­zərdə tutulan yeni əlifbada türk dillə­rin­dəki ortaq səs­lər üçün isti­fa­də ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günü­müzdə yenidən aktuallığı öz əksini tapıb.
Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin baka­lavr, magistr və doktorantları faydalana bilərlər.
Monoqrafiyanın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professor Elbrus Əzizov, Kamil Bəşirov və Tünzalə Baxşıyevadır.
Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10