Ortaq ünsiyyət (Türkcə) dilinə gedilən yolda ciddi addım

37 Baxış

5EF156BB-2F1C-4C1D-BF71-63E12671579B_w650_r1_s

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Senet.az-ın xəbərinə görə, bu barədə Qazaxıstanın dövlət qəzeti olan “Eqemen Kazaxıstan” qəzetində məlumat yer alıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. N. Nazarbayev yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib.

Xəbərlə bağlı daha geniş məlumat üçün: https://egemen.kz/article/latyn-alipbiin-uyretuge-dayyndyqty-kelesi-zhyldan-bastauymyz-kerek-elbasy

 

 

KÖŞƏ YAZARLARI
TOP 10