“Oskar” mükafatına nominantlar açıqlanıb.

27 Baxış

oskar

Amerika Kinosənəti Akademiyası dünyada ən nüfuzlu kino mükafatı “Oskar”a nominantları açıqlayıb.  2015-ci ilin  “ən yaxşı filmi” adı uğrunda 8 film yarışacaq. Onlar arasında Tom Makkartinin “Diqqət mərkəzində”, Adam Makkeyanın “Azalan oyun”, Leonardo Abrahamsonun “Otaq”, Con Kraulinin “Bruklin” filmləri də var. Lakin meksikalı rejissor Aleksandr Qonsales İnyarritunun 12 nominasiyada təqdim edilən “Sağ qalmış” filmi favorit hesab edilir. Filmdə baş rolun ifaçısı Leonardo di Kapriodur. Nominasiyaların sayına görə ikinci yerdə dayanan film Corc Millerin  “Dəlisov Maks: Qəzəb yolu” filmidir. Film “ən yaxşı şəkil” və 9 nominasiyada “Oskar”a iddia edir. Ridli Skottun “Mars sakini” fantastik dramı isə 7 nominasiyada iddialıdır. Rejissoru nominasiyasız qalsa da film ötən ilin “ən yaxşı”sı ola bilər. “Unudulan” astranavt rolunu ifa edən Mett Deymon “ən yaxşı aktyor” nominasiyasında əsas favoritlərdən hesab edilir. “Ən yaxşı film”ə iddiaçılar sırasına həmçinin Stiven Sbilberqin “Casus körpüsü” filmi də daxildir.

Mükafatın sahibləri fevralın 28-də keçiriləcək təntənəli mərasimdə məlum olacaq. Mükafatın təqdim etmə mərasimi Los-Angelesdə keçiriləcək və 225 ölkədə yayımlanacaq.

Nominantlar:

Ən yaxşı film:

“Azalan oyun”

“Casus körpüsü”

“Bruklin”

“Dəlisov Maks: Qəzəb yolu”

“Mars sakini”

“Sağ qalan”

“Diqqət mərkəzində”

“Otaq”

Ən yaxşı rejissor:

Adam MakKey – “Azalan oyun”

Corc Miller – “Dəlisov Maks: Qəzəb yolu”

Aleksandr Qonsales İnyarritu – “Sağ qalmış”

Tom MakKarti – “Diqqət mərkəzində”

Lenni Abrahamson – “Otaq”

Ən yaxşı kişi rolu:

Leonardo Di Kaprio – “Sağ qalmış”

Brayan Krenston – “Trambo”

Maykl Fassbender – “Stiv Cobs”

Eddi Redmeyn – “Danimarkalı qız”

Mett Deymon – “Mars sakini”

Ən yaxşı qadın rolu:

Keyt Blanşett – “Kerol”

Bri Larson – “Otaq”

Sirşa Ronan – “Bruklin”

Cennifer Lourens – “Coy”

Şarlotta Remplinq – “45 yaş”

İkinci planda ən yaxşı kişi rolu: 

Tom Hardi – “Sağ qalmış”

Mark Raylens – “Casus körpüsü”

Silvestr Stallone -“Krid: Rokki irsi”

Kristian Beyl – “Azalan oyun”

Mark Ruffalo – “Diqqət mərkəzində”

İkinci planda ən yaxşı qadın rolu: 

Cennifer Ceyson Li – “İyrənc səkkizlik”

Alisiya Vikander – “Danimarkalı qız”

Keyt Uinslet – “Stiv Cobs”

Reyçel Makadams – “Diqqət mərkəzində”

Runi Mara – “Kerol”