“Oskar”ın xəbərçisi

41 Baxış

*EXCLUSIVE* Naomi Watts and Jake Gyllenhaal are lovebirds on the set of 'Demolition'

Sentyabr 10-da dünyanın məşhur Toronto Film Festivalının açılış mərasimi keçiriləcək. Bu il 40-cı dəfə keçiriləcək festival “Demolotion” filminin nümayişi ilə başlayacaq.

Toronto Film Festivalının “Oskar” mükafatının xəbərçisi adlandırsaq yanılmarıq. Çünki 1999-cu ildə festivalın əsas mükafatı olan “People’s Choice Award”ı qazanan aktyor Kevin Speysin oynadığı “American Beauty” filmi həmin il Oskar mükafatına layiq görülmüşdü. Bununla yanaşı “Slumdog Millionaire”, “The King’s speech” və “12 years a slave” filmləri də festivalda qalib olduqları il “Oskar” mükafatı qazanmışdı.

Qeyd edək ki, Toronto Film Festivalı sentyabrın 20-i mükafatlandırma mərasimi ilə başa çatacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10