Osmanlı qılıncı 45 min avro ilə hərraca çıxarıldı

0 Baxış

hg

Almaniyanın Münhen şəhərində Osmanlı dövrünə aid bir çox tarixi əsər hərraca çıxarılır. “Hermann Historica” adlı tarixi əsərləri ilə tanınan hərrac evində keçiriləcək auksionun ən qiymətli parçası XVII əsrin ikinci yarısına aid qızıl, gümüş və qiymətli daşlarla bəzədilmiş Osmanlı qılıncıdır.

525.az xəbər verir ki, 27 may tarixində keçiriləcək hərracda dövrün məşhur qılınc ustası Hacı Sungurun imzası olan qılınc üçün başlanğıc qiymət olaraq 45 min avro təyin edilib. Almaniyada “Türk Savaşları” adlanan dövrdə ələ keçirildiyi iddia edilən son dərəcə qiymətli qılınc nümunəsinin Drezden Muzeyində olduğu ifadə edilib.

Onlayn olaraq da qatıla bilmənin mümkün olan Osmanlı İmperiyasına aid 106 parçadan ibarət olan hərrac satışına müxtəlif zinət əşyaları, xəncərlər, əlyazma kitablar və kolleksiya üçün odlu silahlar da daxildir.

Bölmə : Tarix
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10