Ötən illərin nəğmələri…

9 Baxış

1486030538325752963_1000x669

Fevralın 28–də Heydər Əliyev Sarayında Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və digər Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, konsertdə Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, Əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva, müğənnilər Ehtiram Hüseynov, Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryəm Şabanova və “Sevil” vokal qrupu çıxış edəcək.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən, həmçinin “iticket.az” saytından onlayn əldə etmək olar.

KÖŞƏ YAZARLARI
TOP 10