“Oxu günü”ndə kitablarımızı paylaşaq

108 Baxış

oxugunu

Mütaliəyə diqqətin artırılması məqsədilə aprelin 25-də “Oxu Günü” keçiriləcək. “Oxu Günü”ndə artıq oxuduğunuz kitablarınızı digərləri ilə paylaşmaq imkanınız olacaq.

Bunun üçün “HƏDƏF” kurslarının Nizami filialına (Bakı, Z.Əhmədbəyov 2) kitablarınızı gətirə bilərsiniz. Bu vasitə ilə sizin kitablarınız 25 apreldə birlikdə oxumaq üçün bir araya gələn insanlara pulsuz veriləcək. Siz də “Gəlin birlikdə oxuyaq!” şüarına qoşulun və kitablarınızı paylaşın.

Əlavə məlumat almaq üçün suallarınızı info@senet.az poçt ünvanına və layihənin rəsmi Oxu Günü səhifəsinə göndərə bilərsiniz.

Qeyd edək ki, Layihənin ideya müəllifi və rəhbəri f.ü.f.d., dos. Şəmil Sadiqdir. Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Hədəf Nəşrləri MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Nərimanov rayon gənclər və İdman İdarəsi, Nərimanov rayon YAP Gənclər Birliyi, Medika Hospital, Hədəf Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi,  İctimai Televiziya və Radio Yayımları Şirkəti, Senet.az ədəbiyyat və sənət dərgisi kimi təşkilatlar da dəstək verir.

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10