“Oxu günü”ndə məşhur yazıçıların imza mərasimi keçiriləcək

257 Baxış

oxugunuesasAprelin 25-i saat 12:00-da Binəqədi rayon Heydər Əliyev istirahət parkında “Oxu günü” festivalı keçiriləcək. Tədbir minlərlə insanın iştirakı ilə “Gəlin birgə oxuyaq” fləşmobu ilə açılacaq. Daha sonra tədbir iştirakçıları burada olan platfromalarla tanış ola biləcəklər.

Platformalarda oxucular canlı musiqi dinləyə, məktəblilərin şeir oxumasına seyr edə, endirimli kitab aksiyasından yararlana bilərlər.

Bununla yanaşı oxucular sevimli yazıçılarına kitablarını imzalı əldə edə biləcəklər. “Oxu günü”ndə  Şəmil Sadiqin, Müşfiq XANın, Kənan Hacının, Rövşən Yerfinin, Xanəmir Telmanoğlunun, Mirmehdi Ağaoğlunun,  Rasim Qaracanın, Aytən Cavanşirin, Azad Qaradərəlinin, Nisə Bəyimin, Nəriman Əbdülrəhmanlının, İlqar Fəhminin, Xəyal Rzanın, Əhməd Qəşəmoğlunun, İlqar Türkoğlunun, Elçin Əfəndinin və Ramil Əhmədin  imza mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

KÖŞƏ YAZARLARI
TOP 10