“Oxu günü”ndən əsgərə kitab!

57 Baxış

ozu günü -əsgərlərə
Mütailəyə diqqətin artırılması məqsədi daşıyan “Oxu Günü-2” festivalında “Əsgərə kitab” adlı kitab aksiyası keçiriləcək. Festivalda iştirak edən oxucular kitablarını aksiya üçün nəzərdə tutulmuş guşəyə təqdim etməklə onları əsgərlərə hədiyyə edəcəklər. Aksiya üçün toplanan kitablar əsgərlərə göndəriləcək.  Məqsəd vətənin keşiyini çəkən əsgərlərin də  “Oxu günü”nün iştirakçısı olduqlarını bildirmək və hədiyyə olunan kitablarla  onların asudə vaxtlarının səmərəli təşkilində iştirak etməkdən ibarətdir.