Oxu tar, səni kim unudar

1145 Baxış

tural sahabÜrəyim dolur, nə zaman bu şeiri oxusam, duysam. Gözlərim məndən izinsiz Müşfiq için yaşarır. Bu tarın, şairin və bir millətin acısıdır, bu bir millətin öz, kökü, azadlığıdır

Oxu tar! Oxu Tar!

Nəğməni su kimi,
Alışan ruhuma çiləyim.
Ey geniş kütlənin,
Acısı-şərbəti,
Alovlu sənəti.

Bəs, görəsən şair nə üçün belə bir şeir yazdı, bu şeirin yazılmasına nələr səbəb oldu. Bildiyimiz kimi bu şeirdən öncə Süleyman Rüstəm “Oxuma tar, səni dinləmək istəmir proletar” misralarını qələmə almışdı. Gənc Müşfiq də  “ Oxu,tar!” Şeirini bu misralara cavab olaraq yazmışdır. Bəs kimdi proletar?- bu insanlar niyə tara düşmən kəsilmiş, onun səsini nə üçün boğmaq istəyirdilər.

Proletarlar indiki, zamanın modernistləri idi. Tar isə bütün milli mənəvi dəyərlərimiz, azadlığımız, inancımız hər şeyimiz idi. Tarın oxuması məscidlərdə azanların oxuması, Azərbaycan türkünün öz müstəqilliyini qazanması idi. Onun üçün bu tar susmalıydı, onun üçün bu tarın susmaması üçün çalışanlar susdurulmalıydı.

Bir gün Cavid gənc tələbəsi Müşfiqə: “ Ürəyindəki atəşdən qorxuram demişdi” Bəli, qorxduğu başına gəldi. Müşfiq, Cavid və bütün “37”də gedənlər hamsı bu tarın susmasını istəməyənlər idi. Deyir ” 80 illik Süleyman Rüstəm ömründən 30 illik Müşfiq ömrü daha şərəflidir”.

Cavidin yaradıcılığına baxsaq orada iki əsas nüansın olduğunu görərik. Türklük və islamiyyət. Biri milli kimliyimiz, digəri isə dinin inancımız. Yəni, bizi, biz yapan, bizi digərlərindən fərqləndirən şeylər.

Gedin Hüqonu, Tolustoyu, Dostoyeviskini yaxşı- yaxşı oxuyun. Onların necə dindar, necə millətçi olduğunu görəscəksiz. Jan Valjan necə azad oldu şeytandan?, Ya da Raskalinkov özü ilə apardığı savaşı necə qazandı? Təbii ki, kilsə və xiristianlığın yardımı ilə. Elə bir qərb yazarına rasta gələ bilməzsiniz ki, orada kilsə və İsa olmasın. Həmçinin elə bir yazara rast gəlməmisiniz ki, şovinizt millətçi olmasın dərinlərdə bir yerdə. Onlar öz tarlarını çalırlar, biz isə susturmağa çalışırıq. Azərbaycan qadının qasığındakı tükü mətbuata gətirən Günel Mövlüd deyir: “ Millətçiliklə o dahiləri anlamaq olmaz”

Kozettanın başına o oyunları gətirənlərlə indi bizim “ Sektor uşaqlarını” müqayisə edin. Görün nə dərəcədə oxşarlıq var aralarında. Seymur Baycanın alovlu köşələrindən “ inqilabçı” çıxan gənclər də, indinin proletarlarıdır. Onlar da tarı bəyənmirlər, dini, millətçiliyi, bir sözlə bütün dəyərləri mentalitet adı ilə qaralayırlar

Mənim fikirimə görə Azərbaycan ədəbiyyatının zirvəsi Caviddir. Sadəcə biz onu yetəri qədər anlaya bilmir, anlamadığımız kimi təbliğ də edə bilmirik. Kafka xəstəliyinə tutulan gənclik görəsən onun bircə əsərini oxuyubmu? Yenə mənim fikirimcə Şekspir heç də Caviddən böyük yazar deyil, o öz ölkəsində, öza zamanındakı problemləri tarixə sığınaraq yazıbsa, Cavid də eynisini, bir az da artığını edib. “ İblisi” oxuyub, anlamağa çalışaq- çalışsaq anlaya biləcəyik. Bəs, “Şeyx Sənan” əsərini necə anlaya bilirikmi, bilərikmi?

İnanmıram ki, hələ o əsəri layiqincə anlaya bilək, bilən biri var. Çox böyük bildiyim insanlardan soruşsam da, qanə edəcək bir cavab duymamışam. Nədir bu əsər? Dünyəvi bir eşq macərasımı yoxsa bir sufinin həyat yolumu. Süfizimsə niyə sonu intiharla bitir, niyə quran yandırılır? Ədəbiyyatımız bunun kimi milyonlarca suallara cavab tapmaq əvəzinə, kimin quyusunu necə qazaram, kimi necə biabır edərəm kimi işlərlə məşğuldur.

Azadlıq odur ki, necə dini tənqid edənlərin fikirləri səslənir, dindarların da səsləri duyulmalıdır.

Mən ləzgiyəm deyir ləzgi qardaşım- desin haqqıdır

Mən talışam deyir talış qardaşım- desin haqqıdır

Ancaq mən Türkəm dediyim zaman da onlar desin- “ desin haqqıdır”

Bir birimizin düşüncəsinə hörmət edərək yaşamağı öyrənək.

Hər kəs öz partiyasından olmayanı vətənə xəyanətlə günahlandırır. Demokratiya öncə düşüncədən, fikirdən başlamırmı? Axı hər birimiz bu ölkəni sevirik, güclü olmasını istəyirik.

İnşallah tarımız hər zaman oxuyar. Mən oxuma tar deyənlərə də hörmət edirəm. Öz işləridir desinlər, ancaq mənim millətimin dəyərlərinə də hörmət etsinlər.

Modernist olsunlar, postmdernist olsunlar, nə istəyirlərsə olsunlar, ancaq mənim dəyərlərimi ayaqlamadan.

Böyükçöl Aqil Abbasın “Dolu” sunu tənqid edir.  Ay qağa hələ də bizim orada əsir insanlarımız, bacılarımız varsa, hələ şəhid xəbərləri gəlirsə, topaqlarımız işğalda isə sevgi pıtırcığı olmanın bir anlamı yoxdur. Düşmən övladını sənin qanını içmək üçün böyüdür, sən niyə övladına həqiqəti anlatmırsan? Kaş “Dolu “ kimi onlarca əsər yazıla idi, ancaq yazılmadı bir kişi çıxıb yazdı, onu da tənqid edirik. Qağa vallah belə olmaz, sabah döyüşməyə əsgər tapmarıq.

“Köhnə kişilər, köhlən atlara minib getdilər” Bu misraları yazan Fikrət Qocaya çox böyük hörmətim var. Şeirlərindən savayı nəsri də çox xoşuma gəlir, ancaq onun axırıncı “ Ramazan” şeirinin bir az zəif olmasından istifadə edənlər yaman tənqid edirlər onu. Ay qardaş o aşiq olduğunuz Nazım Hikmətin heçmi zəif şeiri yoxdu?

Qadın corablarından, rəqqasələrdən yazanlardan Qoca mənim üçün çox daha böyük yazardır. O köhnə kişilərdəndir, köhnə kişilər isə eyni ilə Tar kimi milli dəyərimizdir.

Tural Sahab

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10