Oxuculara pulsuz kitab dəsti hədiyyə edildi

220 Baxış

Picture1IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Hədəf Nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəstinin təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü iləirektoru Şəmil Sadiq açıb. O, layihə barəsində tədbir iştirakçılarına məlumat verib: “Azərbaycan yazıçılarını dünyaya tanıtmaq məqsədi ilə, belə bir layihəyə imza atdıq. “Yazıçılarımızı dünyaya tanıdaq layihəsinin məsləhətçisi Mədəniyyət və Turizm naziri, cənab Əbülfəs Qarayevdir. Kitabda iyirmi yazıçının həyatı və yaradıcılığından kiçik nümunə yer alıb. Kitablar peşəkar səviyyədə ingilis dilinə tərcümə olunub”.

Daha sonra söz alan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli layihənin uğurla həyata keçirildiyini bildirdi: “Bu layihə yazıçılarımızı dünyaya tanıtmaq yolunda olduqca uğurlu işdir. Kitablar istər bədii tərtibat baxımından, istərsə də dizayn baxımından çox yüksək keyfiyyətlə hazırlanıb”.

Sonda tənqidçi Əsəd Cahangir layihə haqqında fikirlərini bölüşüb. O, kitabın dizaynını yüksək qiymətləndirib. Tədbirin yekununda “Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəsti tədbir iştirakçılarına hədiyyə olunub.

Qeyd edək ki, layihə çərçivəsində çap olunan “Yazıçılarımızı dünyaya tanıdaq” nəşrlərində Azərbaycanın iyirmi tanınmış yazıçısının həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən müəyyən nümunələr təqdim edilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Layihənin məsləhətçisi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə f.ü.f.d., dos. Şəmil Sadiqdir. Kitaba ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10