Oxuduğumuz kitablar bizə nə deyir?

160 Baxış

unnamedOXUDUĞUMUZ KİTABLAR BİZƏ BUNU DEYİR:

Sevgi duyğularınızı qoruyun və sevin.

Xırda problemləri dərd etməyin. Qəbul edin ki, qüsursuz deyilsiniz.

Məqbul və qeyri-məqbul düşüncələrinizin sizdən asılı olmadan boy atdığını həmişə gözünüzün önündə tutun.

Unutmayın: Öldüyünüz gündə də həll etmək istədiyiniz işlərin siyahısı uzun olacaq.

Birinə bir yaxşılıq etmisinizsə, heç kimə bu haqda danışmayın.

Hər anı ürəyinizi rahatladacaq şəkildə yaşamağı bacarın.

Buraxın qüsurları görməyə başqaları maraq göstərsin.

Ətrafınızdakıların sizdən daha savadlı və təcrübəli olduğunu düşünün.

Dostluq üçün birinci uzanan əl sizinki olsun.

Həqiqəti qəbul edin. Həyat görmək istədyimiz kimi ədalətli deyildir.

Hər gün bir dəqiqənizi minnətdar olduğunuz birini düşünməyə sərf edin.

Tanımadığınız insanların üzünə baxaraq gülümsəməyi bacarın.

Əvvəlcə qarşınızdakını başa düşməyə çalışın, sonra sizi başa düşmələri haqqında düşünün.

Unutmayın: İnsanı vərdiş etdiyi xüsusiyyətlər formalaşdırır.

Ən iddialı olduğunuz beş prinsipinizi sıra ilə düzün və onları bir az yumşaltmağa cəhd edin.

Günahı yox, günahsızlığı təbliğ etməyə səy göstərin.

Bu gününüzün son gününüzün zövqü kimi yaşamağa çalışın. Gəlməyimizdən xəbərsiz olduğumuz kimi getməyimizdən də xəbərimiz olmayacaq.

Adi şeylərdə belə qeyri-adilik axtarın.

Həyatı olduğu kimi qəbul edin.

Ürəyinizin səsinə etibar edin. Buraxın bəzi vaxtlarda başqaları haqlı görünsün.

Qarşı tərəfi başa düşməyə çalışın. Onu öz yerinizdə, özünüzü onun yerində görməyi bacarın.

Daha çox kefinizin pozulduğu zamanlarda və bir də əsəbi hallarınızda insanları dinləməyə çalışın.

Hamının etimadını qazana bilməyəcəyinizi qəbul edin.

Unutmayın: yalan tərif ilə tənqid eyni şeydir.

Təsadüfi yaxşılıqlar edin. Ən yadda qalan yaxşılıqlar təsadüfi yaxşılıqlardır.

Hər kəsin fərqli olduğunu qəbul etməklə bərabər, hər kəsə hörmətlə yanaşın.

Qıran yox qırılmışları yapışdıran olun. Hər şeyin bir başlanğıcı və bir sonu vardır.

Özünüzü yaxşı hiss etdiyiniz zaman söhbət edən tərəf olun. Pis hiss etdiyiniz zaman dinləyən tərəf olun.

Əlinizdə olanlardan qürrələnməyin, əldə etməli olduqlarınızı düşünün.

Dostlarınızdan və ətrafınızdakılardan bir şeylər öyrənməyə çalışın.

Özünüzü hazırkı mövqeyinizdə xoşbəxt  hiss edin. Daha çox olsa daha yaxşı olar fikrindən uzaq olun.

Başqalarını günahlandırmaqdan çəkinin.

 

 

 

 

Bölmə : Elxan Nəcəfov
KÖŞƏ YAZARLARI
TOP 10