Oxumaq – beynin inkişafıdır

13 Baxış

oxumaq

Senet.az “Ustad” dərgisinin 27-ci buraxılışında yayımlanmış Xanım Anelanın “Oxumaq – beynin inkişafıdır” məqaləsini təqdim edir:

 

Nə üçün beynimizin hər gün oxumağa ehtiyacı var?

Oxumaq sizin beyninizi işləməyə məcbur edir.

Ağıl üçün oxumaq, bədən üçün məşq etmək kimidir.

Oxumaq bizə məkan, zaman və tarixdə hərəkət etmək azadlığını verir, ideyalara, konsepsiyalara, duyğulara və biliyin daha dərin qatlarına baxmağı təklif edir.

Roberto Bolano belə deyir: “Oxumaq – düşünmək kimidir, dua etməyə bənzəyir, dostla söhbət kimidir, fikirlərini ifadə etmək, digər insanları və ya musiqini dinləmək kimi, bu, sanki gözəl mənzərəyə heyran olmaq və ya sahildə gəzmək kimidir.”

Oxuyanda sizin beyniniz sürətlə inkişaf edir, dəyişir və qarşınızda olan material növünə görə yeni əlaqələr, fərqli nümunələr yaradır.

 

Oxumaq beyin fəaliyyətini artırır

 

Oxuduğumuz zaman beynimiz dəyişir və çox əyləncəli şəkildə inkişaf edir.

Oxuduğunuz zaman beynimiz bir sıra mücərrəd rəmzləri aradan qaldırır və nəticələrini kompleks ideyalara yekunlaşdırır.

Bu, inanılmaz bir prosesdir.

Oxuyan beyni simfonik orkestrin ağır ifası ilə müqayisə etmək olar. Beynin müxtəlif hissələri önümüzdə yazılmış mətni şifrələmə qabiliyyətini artırmaq üçün bir vasitə olaraq işləyir.

Oxumaq sizin beyninizin hissələrini birləşdirir. Merienn Vulf (Maryanne Wolf), “Prust və Kalmar: oxuyan beynin tarixi və elmi” (“Proust and the Squid: The Story and Science of the Reading Brain”)adlı kitabında yazır: “İnsanlar yalnız bir neçə min il bundan əvvəl oxumağa başladılar. Buna görə də, beynimizin təşkilini yenidən yaratdıq, bu isə öz növbəsində düşüncə qabiliyyətimizi genişləndirməyi və növümüzün intellektual təkamülünü dəyişdirməyi bacardı…Mütaliə “qabiliyyət”i əcdadlarımızda yalnız beyin strukturları arasında yeni əlaqələr yaratmaq kimi istisna bacarıqlar hesabına əmələ gələ bilərdi, bu da qazanılan təcrübələr sayəsində beynin dəyişməsi ilə mümkün olub. Oxumaq bir çox beyin funksiyasını əhatə edir, həmçinin vizual və eşitmə prosesləri, fonemik qavrayış, rəvanlıq, anlama və sairə”.

Haskins laboratoriyasında aparılan tədqiqata görə, kitab mütaliəsi – kütləvi informasiya vasitələrini oxuyub dinləməkdən fərqli olaraq, məlumatları dayanıb, düşünüb, qavramaq və təqdim etmək üçün beynə daha çox vaxt verir.

Hər gün oxusanız, yaşlılıq dövründə beyin fəaliyyəti idrakın azalmasını yavaşlada və sağlam beyin funksiyasını təmin edə bilər.

 

Oxumaq düşüncə prosesinin sürətini artırır

 

Araşdırmalar göstərir ki, oxumaq düşüncə prosesini yaxşılaşdırmaqla yanaşı, oxuduqlarını daha yaxşı başa düşməyə kömək edir.

“Düşüncə prosesi” – problemləri həll etmək, bəzi şeyləri anlamaq və əhəmiyyətli nümunələri müəyyən etmək qabiliyyətidir.

Oxumaq intellekti artırır, üstün zəkanın artması isə oxuduqlarının dərk edilməsini məhsuldar edir.

Stenfordda edilən araşdırmalar, həzz almaq üçün mütaliə ilə imtahana hazırlaşmaq kimi məqsədyönlü oxumaq arasındakı nevroloji fərqi göstərdi.

Qan oxumaq növünə görə fərqli sinir bölgələrinə daxil olur.

2011-ci ildə “Annual Review of Psychology”da dərc olunan araşdırma, məlumatları anlama və digər insanlarla qarşılıqlı əlaqədə olan beyin bölgələrində oxşarlıqlar tapdı.

 

Oxumaq sizi emosialı intelektual edir.

 

Bədii ədəbiyyat – ictimai bir təcrübədir.

Oxumaq prosesi mühüm sosial funksiya daşıyır.

Bədii ədəbiyyatı oxuduğunuz zaman beyninizdə hadisələri, vəziyyətləri, qəhrəmanları və müəllifin təsvir etdiyi bütün detalları canlandırırsınız. Bu, tam olaraq xəyaladalma prosesidir.

“Quşdan quşa. Yazıçılıq və ümumiyyətlə, həyat haqqında qeydlər” kitabında Enn Lamott belə yazır: “Bəzilərimiz üçün kitablar yer üzündəki hər şey kimi vacibdir. Bu elə möcüzəlidir ki, kiçik, nazik, sərt kağız parçalarında dünya ardınca dünya açılır – sizin üçün nəğmə oxuyan, sakitləşdirən, rahatlıq gətirən və ya tam əksinə, həyəcanlandıran dünyalar.

Kitablar bizə kim olduğumuzu və necə davranmağımızı anlamaq üçün kömək edir. Onlar bizə cəmiyyətin və dostluğun nə olduğunu göstərir; necə yaşamağımızı və ölməyimizi nümayiş etdirir”.

Nyu-Yorkdakı Yeni Sosial Araşdırmalar Məktəbinin psixoloqları Devid Komer Kidd və Emanuel Kastano sübut edib ki, bədii ədəbiyyat oxumaq digər insanların duyğularını anlamaq qabiliyyətini artırır, bu da mürəkkəb sosial əlaqələri idarə etməkdə mühüm rol oynayır.

“Dahi yazıçıların etdikləri budur: onlar sizi yazıçıya çevirirlər. Bədii ədəbiyyatda personajda olan çatışmazlıq sizə başqa insanların düşüncələrini anlamağa kömək edir” – deyə Kidd bildirir.

Emori Universitetinin tədqiqatçıları aşkar ediblər ki, roman oxuyanda beynin dil hislərinə cavabdeh nahiyələr arasındakı əlaqələr güclənir.

Araşdırmanın aparıcı yazarı neyrobioloq Qreqori Berns deyir ki, bu da əsaslandırılmış dərkedilmə kimi tanınan prosesə aiddir: “Kəşf etdiyimiz neyronal dəyişikliklər fiziki duyğu və hərəkət sistemlərinə aiddir və göstərir ki, roman oxumaq sizi əsas qəhrəmanın cildinə sala bilər… Biz artıq bilirdik ki, yaxşı bir hekayə sayəsində siz özünüzü başqa bir insanın yerində hiss edə bilərsiniz. İndisə görürük ki, bu, bioloji şəkildə də baş verə bilər”.

 

Oxumaq konsentrasiyanı yaxşılaşdırır

 

30 dəqiqəlik boşluq içərisində, ortalama götürsək, adam öz vaxtını iş, elektron poçtunun yoxlaması, həmkarları ilə söhbəti, sosial şəbəkələrə baxması arasında böləcək və daim müxtəlif bildirişlərə cavab verəcəkdir.

Oxumaq beyninizdə təkcə ünsiyyəti yaxşılaşdırmır, həm də diqqətinizi, fikrinizi bir yerə cəmləməyi və konsentrasiyanı artırır. Əgər siz fikrinizi cəmləməyə çalışırsınızsa, oxumaq sizin diqqət konsentrasiyanızı artıra bilər.

Bir kitabı oxuyarkən bütün diqqətiniz hekayədə olur və ya müəyyən bir mövzunu anlamağa yönəlir – dünyanın qalan hissəsi tamamilə yox olur və siz bütün incəliklərə dalıb, hər şeyi ən kiçik detallarıyla görə bilirsiniz.

Uğurlu struktura malik kitablar bizi ardıcıl düşünməyə təşviq edir – nə qədər çox oxuyarıqsa, beynimiz də nəticələr arasında o qədər əlaqə tapa bilər.

İşdən əvvəl, səhər 15-20 dəqiqə oxumağa cəhd edin. Ofisə gələndən sonra konsentrasiyanızın nə qədər artdığına təəccüblənəcəksiniz.

Bir kitabda itmək – mükəmməl istirahətdir!

 

Oxumaq vərdişini inkişaf etdirin

 

İnformasiyanın kapitala çevrildiyi dünyada oxumaq, davamlı öyrənməyin, bilik qazanmağın və bu kapitalı əldə etməyin ən yaxşı mənbəyidir.

Oxumaq səbr, səy və qətiyyətlilik tələb edir.

Oxumaq bacarıq kimidir. Bunu daim tətbiq etməlisiniz.

Növbəti dəfə rəfdən kitab götürərkən, ya da onu yükləyəndə dayanın və nə oxuduğunuz haqda düşünün – bu, sizə təsəvvür etdiyinizdən də çox təsir edə bilər!

 

Xanım Anela

Bölmə : Manşet