Öz sabahını yazan oğul – Cəvahir Əsədova

6 Baxış

6ceb97ae-51d9-4b6a-9316-657f61848ac9

Senet.az oxucularına Cəvahir Əsədovanın “Öz sabahını yazan oğul” şeirini təqdim edir.

 

Bir gün bağ evinin qapısın açıb,

Nəvəsinin əlindən yapışan bir nənə

Sevinə-sevinə girdi həyətə.

Ev çox baxımsız,yarı tikili idi,

Bütün həyət,bağ-baxça xəzanla dolu idi.

Qadın bunları görüb bir az pərişan oldu:

“Mənim sevimli bağım,səni yiyəsiz görüb,

Payız necə saraldıb?”

Onların arxasınca bir biriylə baxışan

Oğulla gəlin gəldi.

“Oğlum,biz buranı unudub,niyə gec-gec gəlirik?

Mən axı buranı çox həvəslə almışam,-gülümsəyir-

Öz halal əməyimlə bura pullar saymışam.”

Oğul gəlinə baxdı,gəlin qaş göz edərək,

Ərinə damnışmağa bir az cəsarət verdi.

-“Ana,sən bundan sonra burda qalarsan,

Öz halal əməyimlə aldım-aldım deyirsən

İndi gəl, sən qal burda, buranın dadın çıxar.”

Ana zarafat bilib ona cavab vermədi,

Amma onun sözündən,deyəsən,çox pərt oldu.

Buna fikir vermədən bağına plan çızdı:

-“Bura bir az əl gəzdirib,hər yayı bura gələk”.

Əyilib ərinə gəlin söz atdı:

-“Atamın bağına nə gəlib ki,biz bu xarabaya gələk!

Üstəlik,burda da,bununla bir yerdə qalaq”.

Oğula fursət düşdü:

-Niyə inad edirsən,səni çölə atırırq?

Hələ şükür elə ki,səni bura gətirdik.

Qocalar evi kimi başqa yerlərdə var.

Vaxtında alsaydın böyük bir saray,

İndi belə olmazdı.

Sən də bizdən ayrılmaq heç zorunda qalmazdın.

Evdə yerimiz çox dar,sən ki, bunu bilirsən,

Sənin otağın oğlumuza lazımdı,

Sən necə qıyırsan ki,sevimli nəvən

Səninlə bir otaqda qalsın,bir bucağa sığınsın?”

Oğlunu anlamayan ana gəlinə tərəf çöndü:

-“Qızım,oğlum zarafat edir,amma ağır söz deyir.

Mən tək qala bilmərəm,sən də bunu bilirsən.

Gəlin gözlərin süzüb,üzünü yana tutdu.

Ana başa düşmədi bu nə oyundu düşdü.

Oğul həyətdən çıxdı,

Anasının əşyasını yığdığı çantasını gətirdi.

-“Öz halal əməyimlə aldım-aldım çox dedin

İndi gəl, burda qal, əməyin boş olmasın”.

Ana,müəllimə idi:Öz işini sevirdi:

Oğlunun sözlərini çox da ciddi sanmadı:

-“Mənim dərsim var,oğlum,uşaqlarım var,

Mən burda necə qalım,sevdiyim bir işim var

Mən tək qala bilmərəm,sən zarafat edirsən?”

-“Öyrənərsən,ay ana,sən ki,uşaq deyilsən

Birdə,narahat olma,mən,artıq düşünmüşəm,

Sənin ərizəni verib,təqaütə çıxğığını bildirmişəm”.

Ana ağzın açmamış,oğul sözünü kəsdi.

-“Sən heç narahat olma,biz də tez-tez gələrik,

Sənə də baş çəkərik”.

Pişiklə oynayan oğluna çönüb,tez-tələşik:

-“Gəl,oğlum,gəl gedirik.Çox işimiz var.”

Ana dizlərin büküb,sanki böşluğa düşdü,

Yaşla dolmuş özlərin-getdikcə uzaqlaşan,

Məchul nöqtəyə dönən- oğluna dikdi.

Sanki dərin quyudan nəvənin səsi gəldi:

-“Nənə,bizimlə gedək,niyə burda qalırsan?”

-“Gəl,oğlum,nənən bizimlə qalmaq istəmir”.

-”Mən onu çox sevirəm.O axı tək qala bilməz

Ata,nənəmi də aparaq,o ki, burda qala bilməz.”

Nənəsini burda qoyub getmək istəməyən

Oğlunu dilə tutub,onu zorla apardı.

Ordan tez üzaqlaşan maşının səsi gəldi,

Maşınla birgə çarəsiz ananın hər şeyi getdi.

Ömrü,günü,illəri,

Sevgisi,yuxusuz gecələri,nə vardısa söküldü

Sanki doldu maşına onlarla birgə getdi.

Bütün bağlar gərildi,iplər bir-bir qırıldı

Maşının arxasınca nə varsa süründü getdi.

Ana dünyadan qopub başqa aləmə düşdü,

Tək böyüdüb,öz həyatın unudan,

Ömrün,günün “dolduran”,həyatına “rəng”qatan

”dünya” bildiyi oğuldan ayrı düşdü.

Nələr olduğunu anlayana qədər

Bir çox şeyi unutdu…

Artıq yorulan ana “dincəlmək” üçün,

Təqaütə yollandı.

Xəzəl basmış həyətdə oturub,donub qaldı.

Elə ordaca qalıb-yumulmayan gözüylə-

gecəni sabah etdi.

Sabah açılan kimi,günəş boylanan kimi,

Tez yerindən sıçradı:

-“Aman!Dərsə yubandım.”

Çantasını götürdü evə,otağa keçdi.

Toz baçmış güzgünün əliylə tozun sildi,

Bir gecədə ağaran,tam bəyaza dönən

-ona məhəl qoymadan- saçlarını topladı,

Yan otağa “dərsə” yollandı.

Otaqdan səsi gəldi:

-Salam uşaqlar…Əyləşin.

Heç bir cavab gəlmədi,

Buna məhəl qoymadı,ana dərsə başladı.

Beləcə, dərs başladı…

Artıq oğul gəlmir,ana da üsyan etmir.

Ana,ancaq bayırdakı divara yapışdırılan

”Satılır”sözündən heç bir xəbər tutmadı.

Hərdən evə gələn,“dərsi”pozan müştərilər

Müəllimə ananın halına acıdılar,

Evə belə baxmadan,almaqdan vaz keçdilər.

Bu söz çatdı oğula…

Çox çəkmədi ki,qapıya ”təcili yardım”gəldi:

Tibb bacısı əlində uzun qollu xalatla,

Qapını da döymədən bir baş “sinifə” girdi,

“tənəffüs”elan edib,”dərsi” yarımçıq qoydu.

Ananı geyindirib,qoluna düyün vurub,

Maşına mindirdilər.

O qorxunc səsi qoşub ordan çıxıb getdilər.

O uğultu itməmiş oğul maşınla gəldi.

Orda onu gözləyən müştəriyə əl verib

Onu evə keçirdi.

Artıq bir az keçmədən evdən tələsik çıxdı.

“Satılır” sözünü divardan dartıb qoparıb,

Əzib,bir kənara tulladı.

Maşınına oturdu,əvvəl pulları saydı

Sonra sevincək halda sürüb getmək istədi.

Burulğanlı bir külək birdən əsdi,fırladı,

Yerdən əzik kağızı aldı,göyə qaldırdı.

Atılmış əzik kağız göydə dövrə vuraraq,

Maşının şüşəsinə,düz önünə yapışdı.

Oğul düz yoldan çıxıb sağa,sola yol aldı.

Əlini uzadaraq şüşədəki kağızı əlinə aldı,

Maşını çırpıb əzdi, yerində donub qaldı,

Düşüb maşına baxdı,əliylə başın tutdu,

Əlindəki əzik kağız onun başını”əzdi”

Kağızı açıb baxdı, sanki öz rəsmin gördü.

Beləliklə, oğulun “şanslı”ömrü başladı…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10