Özbəkistanda “Snayper Ziba Qəniyeva” adlı sənədli film çəkilib

4 Baxış

hg

Daşkənddəki Sənədli və Xroniki Filmlər Kinostudiyasında “Snayper Ziba Qəniyeva” adlı sənədli film çəkilib.

Filmin layihə rəhbəri Firdavs Abduxalikov, ssenari müəllifi Şirzod Nazarov, rejissoru Ali Xamrayevdir.

Azərbaycanın qədim Şamaxı şəhərində 1923-cü ildə doğulan Ziba Qəniyevanın atası azərbaycanlı, anası özbək qızı olub. Ekran əsərində bildirilir ki, II Dünya müharibəsi iştirakçısı Ziba Qəniyeva snayper, rabitəçi və kəşfiyyatçı olub. Müharibə illərində o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlığa və şücaətə görə “Qırmızı Bayraq” ordeni, “Qırmızı Ulduz” ordeni və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif olunub. Ziba Qəniyeva ilk azərbaycanlı qadın snayperdir.

Müharibədən sonra Ziba Qəniyeva bir müddət Bakı Ali Partiya Məktəbinin müəllimi olub, Dil və Ədəbiyyat kafedrasının müdiri işləyib. Sonra isə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna qəbul olunub, urdu dilini öyrənib. O vaxt SSRİ-də bu dil üzrə mütəxəssis, demək olar ki, yox idi. Urdu dilində poeziya nümunələri üzrə namizədlik dissertasiyası yazıb və 1965-ci ildə uğurla müdafiə edib.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada dünyasını dəyişib.

 

Bölmə : İncəsənət, Kino, Sənət
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10