“Özümü realizmdən qoparmaq istəyirəm”

238 Baxış

11951053_972090266180947_417985211_n

 Tərcümə etdi: Vəfa Babasoy

 

İtalyan rəssam Marko Qrassi ilə müsahibə

Hiperrealizmin, digər adı ilə fotorealizmin məşhur olduğu son illərdə çox açıq görülməkdədir ki, bu cərəyana özünü həsr etmiş sənətkarlar yeni tərz, yeni fikir və duyğu axtarışındadırlar. Mükəmməliyyətçiliyin ön planda olduğu hipperrealizmdə rəsm əsərləri maraq doğurduğu qədər də tənqid olunur. Tənqidin ən böyük səbəblərindən bir isə izləyicilərin rəsmlərin şəkillərdən fərqi olmadığını düşünməsidir.  Bunun nə qədər doğru, nə də yanlış olmağı mübahisəlidir, amma bilinən və görülən bir gerçək var ki, o da rəsmlərdə gördüyümüzdən daha dərin duyğular, verilən mesajlar və qayğılar var. Bəlkə də, hiperrealizmin tənqid olunmasının səbəbi rəsmə baxanların sadəcə nə qədər mükəmməl çəkildiyinə diqqət ayırmasıdır. Bəs özündə ehtiva etdiyi duyğu və mesajlar?! Bax bu nöqtədə diqqət çəkən bir rəssam Marko Qrassidir. Milanda doğulan rəssamın çəkdiyi əsərlər olduqca gerçəkdir və rəsmə qatılan duyğular izləyən hər kəsdə maraq oyandırır. İtalyan rəssam Marko Qrassi rəsmlərində incə detallara üstünlük verir.

 

 

Bu mesajların mənası nədir? Bu rəsmlər hansı cərəyana aiddir? Əsərlərini həqiqi foto kimi işləmək fotorealizm cərəyanına mənsub olduğunu göstərirmi? Mükəmməliyyətçi, özünü digər sənətkarlardan fərqləndirməyi qarşısına hədəf kimi qoymuş rəssam Marko Qrassinin müsahibəsini sizlərə təqdim edirik:

 

–       Tərcümeyi-halınız haqqında qısa məlumat verə bilərsinizmi?

–        Sənət təcrübəmə çox gec başladım. Mühasibatlıqdan məzun olduqdan sonra 20 yaşımda Bologna İncəsənət Akademiyasında təhsil almağa başladım. Antik sənətin gerçəkliyi ilə təmasımı təmin edən rəsm restavrasiyası dərsi aldım. Bunun sayəsində həyatda nə etmək istədiyim anladım. Çəkməyi və boyamağı öz-özümə öyrəndim. Yalnız fiqur çəkmək üzrə təhsil alırdım.

Çalışırdım ki, rəssamlıqda heç kimin təsirinə düşməyim. Bütün əsərlərim təxəyyülümün və yaradıcılığımın nəticəsidir. Buna görə də özümlə qürur duyuram.

 

–       İxtisasınız mühasiblikdir. Mühasiblikdən rəsm sahəsinə keçməyinizə nə təsir elədi?

–       19 yaşımda mühasibatlıqdan məzun oldum. Ancaq məni xoşbəxt edəcək bir iş tapa bilməyəcəyimin fərqinə vardım. Beləcə, rəsm sahəsinə keçməyə qərar verdim. Son 2-3 ildə sənətə olan marağım daha da böyüdü. Sərgiləri və muzeyləri gəzməyə başladım. Antik rəsmlər, xüsusilə V və VI əsrlərə aid olanlar diqqətimi cəlb elədi.

 

–       Realizm cərəyanını seçərkən Leonardo Da Vinçi kimi italyan rəssamlardan təsirləndinizmi? 

–       Əlbəttə, məşhur rəssamlardan təsirləndim. Heyranlıq duyduğumuz insanları fərqində olmadan təqlid etməyə meyilli oluruq. Başlanğıcda hamımız  doğulduğumuz ölkənin mədəniyyəti ilə bağlı olduğumuzun fərqinə varmadan, ilham mənbəyimizi başqa yerlərdə axtarırıq.

11949597_972090279514279_1830191120_n

–       Rəsmlərinizdə anlatmaq istədiyiniz duyğu və düşüncələr nələrdir?

–       Sənətlə məşğul olmağımın əsas səbəblərindən biri insanlara duyğularımı ötürmək istəyimdir.  Buna vücudlar və üz ifadələri ilə, eyni zamanda realizmdən uzaq, fərqli mövzulardan istifadə edərək nail oluram.  Məni digər sənətkarlardan fərqləndirəcək özüməməxsus bir dil yaratmağa çalışıram. Həm gerçək, həm də gerçəküstü bir dil…

 

–       Rəsmlərinizdə insan bədəninin müəyyən bölgələrinə mavi naxışlar çəkirsiniz. Bununla cəmiyyətə hansı mesajı vermək istəyirsiniz?

–       Ən sevdiyim rəng mavidir və adətən, bunu istifadə edirəm. Ancaq bunun xüsusi bir mənası yoxdu. Rəsmlərin bir seriyasında istifadə etdiyim mərmər, əqiq, farfor kimi fərqli materiallarla diqqət çəkdiyini və insan bədəni ilə onlar arasındakı məna oxşarlığının olduğunu gördüm.

 

–       Son rəsmlərinizdə eyni modeli çəkirsiniz. Bunun səbəbi nədir?

–        Bəli, eyni modeli dörd əsərimdə çəkdim. Hər əsərdə fərqli duyğular çatdıran modelləri bəyənirəm. Önəmsiz görünməmək üçün sujeti dəyişdirməyə gərək görmürəm.

 

–       Gələcəkdə gerçəkləşdirməyi düşündüyünüz layihələr varmı?

–       Təbii ki… Gələcək əsərlərimi yaratmaq üçün bu aralar 3D texnologiyası ilə maraqlanıram. Gerçəküstü ünsürlər yaratmaq və bunları insan vücudu ilə birləşdirmək istəyirəm. Özümü realizmdən yeni bir dil və sərhədsiz yaradıcılıqla qoparmaq istəyirəm.

 

–       Hiperrealizmlə maraqlanırsınız və tablolarınız foto kimidir. Necə foto kimi çəkə bilirsiniz?

–       Bunun sirri davamlı olaraq öz üzərimdə işləməyim, və səhvlərim anlamağa çalışmağımdır. Bu səviyyədə hər detal önəmlidir. Kətanın hazırlanması, fırça və rəng seçimi, doğru işıq, hətta geyindiklərimiz və başqa kiçik detallar…

11938894_972090312847609_390447456_n

–       Hiperrealizm foto kimi olmasına görə bəzi insanlar tərəfindən sənət kimi qəbul edilmir və tənqid olunur. Siz heç belə tənqidlə qarşılaşmısınız? Bu mövzuda fikirlərinizi bilmək istərdik…

–       Sənətimi hiperrealizm olaraq adlandırmaq mümkün olduğunu düşünmürəm. Bəlkə, sürrealizm deyə bilərik. Mən bir foto yaratmağa çalışmıram. Sadəcə keyfiyyət axtarıram və insanın gördüyündən daha artıq bir şey yaratmağa çalışıram. Sadəcə bir ədəd hiperrealist tablom var. Bir əsərin izləyicinin diqqət və duyğularını nə qədər cəlb edərsə, o qədər önəmli olduğuna inanıram. Hiperrealizmin sənət olaraq adlandırılmamasının xəta olduğunu düşünürəm. Niyə olmasın ki? Tətbiqi çox çətin bir sənətdir. Kompleks bir boyama texnologiyası tələb edir və hər kəs ona nail ola bilmir. Buna görə hörmətə layiqdirlər.  Bu sənət növünün təkamülə ehtiyacı olduğunu düşünürəm. Sadəcə texniki nümayiş olmamalıdır. Yeni ifadə formaları axtarılmalıdır. Mən sadəcə müşahidə dözümü olmayanlar tərəfindən tənqid olunuram.

 

–       Mükəmməliyyətçilik gerçəküstüçülüyün bir parçasıdır. Rəsm çəkərkən siz də mükəmməliyyətçisinizmi və mükəmməliyyətçilik sizin xarakterik xüsusiyyətinizdirmi?

–       İşlərimdə mükəmməllik axtarıram. Məncə, bu, mənim fərdiliyimdir.

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10