“Özümü sevəndən sonra”…

3 Baxış

280px-Charlie_Chaplin_portrait

Çarli Çaplin 

Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna ‒ Etibarlılıq deyilir.

Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna ‒ Etiraf deyilir.

Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna ‒ Yetkinlik deyilir.

Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna ‒ Özgüvən deyilir.

Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna ‒ Sadəlik deyilir.

Özümü sevəndən sonra, mənə ziyan olan şeylər ‒ qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna ‒ Özünə sevgi deyilir.

Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna ‒ Təvazökarlıq deyilir.

Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna ‒ Bacarmaq deyilir.

Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna ‒ Ürək müdrüklüyü deyilir.

Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s. görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna ‒ Həyat deyilir…

Bölmə : Redaktorun seçimi