Pəri Miniatürün 10 əsəri

93 Baxış

periSenet.az miniatür rəssam Pəri Miniatürün əsərlərindən bəzilərini təqdim edir:

 

 

 

 

 

 

 

Əsl adı Pərinisə Əsgərova olan Pəri Miniatür 10 ildən çoxdur ki, miniatür sənətiylə məşğul olur. Artıq o 300-dən çox əsərin müəllifidir. (Arf çalan) 

arfcalan

 

 

Pəri xanım rəssamlığa uşaqlıqdan marağı olduğunu deyir: “Əmim deyir ki, üç yaşım olanda paltarımın üstündəki fiqurları köçürməyə çalışırdım”.  (Düşünən şəhər)

dushunensheher

 

 

Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənir. Elə o vaxtdan da, miniatür sənətinə könül verir. (Hərəmxana)

403962_380686581986747_785124814_n

 

 

Rəssam yeni əsərlərində yalnızca klassik miniatür texnikalarından istifadə etmir. O, həm də  rəsmlərində yeni metodların da axtarışına çıxır. (Məsləhət)

meslehet

 

 

O, ilk rəsmini belə xatırlayır: “İlk dəfə dizlərini qucaqlayıb oturan kədərli bir oğlan şəkli çəkmişdim. Ona ad qoya bilmirdim, hirslənirdim. Sonra anam baxdı, adını “Həsrət” qoydu və dedi: “Əgər böyüyəndə böyük rəssam olsan, müsahibə versən, deyərsən ki, o vaxt anam mənə kömək edirdi”. (Nadir Şah Əfşar)

nadirshahefshar

 

 

İlk fərdi sərgisi  2012-ci ilin oktyabrında olub.  Dünyanın bir sıra ölkələrində əl işləri nümayiş edilib. (Saraylı)

sarayli

 

 

Pəri Miniatür həm də döyüşçü kimi Qarabağda iştirak edib: “ “Şuşanın işğalı günü televizora baxırdıq. Qəfildən o kadrları gördüm və hönkürüb ağlamağa başladım.  Anam çox narahat oldu. Biləndə ki, Şuşaya görə ağlayıram, anam əsəbiləşdi. Atamın əmisi oğlu Naxçıvanda komandir idi.  O söz verdi ki, məni cəbhəyə aparacaq.  Hərbi paltar tapmışdım və həvəslə hazırlaşırdım. Bir dəfə getmək istədim, əsgərlərə sovqat da hazırlamışdım, amma alınmadı. Anam imkan verməmişdi. Anamın rəsmini çəkmişdim. Mənə mane olduğu üçün əsəbiləşib o rəsmi cırdım. Qohumumuz  ikinci dəfə gələndə məni apardı. Bir ay səngərdə oldum və Naxçıvan televiziyası da məni çəkdi. Heyf ki, o vaxtlar işıqlar yox idi və mən həmin verilişə baxa bilmədim”. (Şahın söhbəti)

shahinsohbeti

 

 

Sövdələşmə

sovdeleshme

 

 

Təbiətin qızı

tebietinqizi

 

 

Timuçin

timucin

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10