“P.S: Darıxıram” kitabının imza günü – FOTOLAR

49 Baxış

10990026_813151832053740_6163560669283323511_n8 fevral tarixində Kitabevim.az kitab marketində  Cəlil Cavanşirin  “P.S: Darıxıram” kitabının təqdimatı keçirilib.

Senet.az-dan verilən məlumata görə  tədbiri giriş sözü ilə açan kitabın naşiri Müşfiq XAN müəllifi yeni kitab münasibəti ilə təbrik edib : “İstedadı hər hansı bir cihazla ölçmək mümkün deyil. Hər bir insan üçün dəyərləndirmələr müxtəlif ola bilər. Cəlil bəy yaradıcılığında çox güclü bir insandır. Bu yeni kitabda Cəlil Cavanşirin şeirləri, esseləri yer alıb. Növbəti aylarda Cəlil bəyin araşdırmalarından ibarət məqalələr toplusu işıq üzü görəcək”.

Daha sonra kitabın redaktoru Elməddin Süleymanov fikirlərini oxucularla bölüşüb : “ 1967 -ci ildə çex yazıçısı Milan Kundera “Zarafat” romanını yazaraq ölkədən çıxır. 1972-ci ildə Fransada kitab vitrinlərini gəzərkən kitabının tərcümə edildiyini görür. Kundera kitabı alır və kitabda ona aid olmayan cümlələr görür. Tərcüməçini taparaq ona deyir ki, bu kitab mənə aid deyil. Sən bunu necə tərcümə etmisən, çexcə bilirsən? Tərcüməçi deyir ki, yox mən çexcə bilmirəm.  Bəs bunu necə tərcümə etmisən, -deyə Kundera soruşur.   Tərcüməçi cavab verir ki, ürəyimlə, hissiyatımla.”  Şeir hissiyyatla yazılır və mənim bu kitabdakı redaktor payım sadəcə hissiyyatla olub”.

Təqdimatın gedişində yazıçının qələm dostları Pərviz Cəbrayıl və Qismət Rüstəmov çıxış edərək ürək sözlərini bölüşüblər.

Sonda Cəlil Cavanşir tədbirə toplaşan hər kəsə təşəkkürünü bildirib və oxucular üçün kitablarını imzalayıb.

 

Səma Fuadqızı

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10