Pandemiya dövrünə hazırlıq kursları necə hazırlaşıb?

12 Baxış

40531792_10209713125344672_6477582603955208192_n

Yeni tədris ilində kurslar da fəaliyyətə başlayıb. Pandemiya dövründə hazırlıq kursları işlərini necə planlayır, virusdan həm şagirdlərini, həm də müəllimlərini qorumaqçün hansı tədbirləri həyata keçirir?

Bu baradə “Hədəf” hazırlıq kurslarının icraçı direktoru Emin Sadıqovla danışdıq.

O, adalet.az-a verdiyi açıqlamada bildirib ki, kurs daxilində bütün dezinfeksiya tədbirlərinə əməl edilir. Müəllimlər sipərdən istifadə edir, eyni zamanda sosial məsafə saxlanılır və hazırlığa gələnlər qoruyucu maskadan istifadə edir.

“12 ildir ki, Azərbaycan təhsilinə, gəncliyinə xidmət göstərən Hədəf Kursları MMC 2019-2020 tədris ilinə yaranmış şəraitə uyğun olaraq yekunlaşdırdı, qəbulda isə ürəyimiz istəyən nəticələri ala bildik.

Hədəf Kurslarında Yeni tədris ili üçün pandemiya şəraitinə uyğun olaraq bütün tədbirlər görülmüş, sanitar-epidemoloji qaydalara riayət edilərək filiallarımız dezinfeksiya edilmişdir.Yeni tədris ilindən başlayaraq ayda 2 dəfə tədris otaqları və kurs binasının bütün ərazisinin dezinfeksiya edilməsi planlaşdırılmışdır. Filiallarımıza qoruyucu maskasız daxil olmaq qəti qadağandır. İşçilər və müəllimlər isə maska ilə yanaşı qoruyucu sipərlərdən də istifadə edir. Dərslərin ənənəvi keçirilməsi şəraitində dərslər başlamadan öncə  abituriyent və müəllimlərin qoruyucu maska taxması yoxlanılır və hər birinin qızdırması ölçülür. 37.1 və daha çox tempraturu olan şagird və müəllimlər evə göndərilərək  dərsə buraxılmır. Zərurət yaranmayacağı  halda valdieynlərin sıxlıq yaranamaması üçün  binaya buraxılması qadağandır. Girişdə və hər mərtəbənin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdirilmişdir. Hava şəraiti imkan verdiyi təqdirdə sinif otaqlarında qapı və pəncərənin havalandırma şəraitini təmin etmək məqsədi ilə açıq saxlanılması nəzərdə tutulmuşdur. Abituriyentlər arasında ən az 2 metr məsafə qorunmaqla sinif otaqlarında partalar buna uyğun olaraq yerləşdirilmişdir. Filiallarımızda sıxlığın aradan qaldırılması üçün səhər növbəsi qrupları da açılmışdır.”

 Emin Sadıqovun sözlərinə görə, onlayn tədrisə də hazırdılar və indidən bu prosesə qoşulublar.

“Tədris prosesinin yalnız online şəkildə keçirilməsi zərurəti yaranarsa , Hədəf Kurslarında dərslərin təşkili Microsoft Teams və ya Zoom proqramı üzərindən keçirilməsi planlaşdırılır. Lakin buna baxmayaraq, hazırda da onlayn dərslərimiz mövcuddur.

Distant hazırlıqda fənnlər üzrə dərs saatları ənənəvi tədris forması üçün qurulan dərs cədvəlinə uyğun olaraq hazırlanır, dərslərin keyfiyyətinə nəzarət etmək məqsədi ilə filiallar tərəfindən təyin edilmiş məsul şəxslərdə dərsə qoşulur. Məsul şəxs dərslərin qrafikinin uyğun və keyfiyyətli olması, abituriyentin dərsə davamiyyətinin yoxlanılması, nizam-intizam qaydalarına riayət olunması, online dərs zamanı abituriyentlərin canlı görüntünü açıq saxlamasına nəzarət edir.

Tədris zamanı Microsoft Teams və ya Zoom proqramı üzərindən keçirilən  online dərs video görüntüləri yadda saxlanılır və ehtiyac yaranacağı halda abituriyentlərin təkrar istifadəsi üçün proqrama yüklənilməsi nəzərdə tutulur. Online dərslərdən əlavə abituriyentlərin elektron poçt ünvanlarına müəllimlər tərəfindən qısa dərs icmaları və test tapşırıqları göndəriləcəkdir. Hər ayın sonunda isə abituriyetlər üçün Microsoft Teams proqramı vasitəsilə online sinaq imtahanlarının keçirilməsi planlaşdırılır.

Bundan başqa Hazırda Kursumuz tərəfindən evdetehsil.az portalı istifadəyə verilmişdir. Evdə təhsil layihəsi istənilən təhsil forması, təlimi öz evində, iş yerində, olduğun məkanı  tərk etmədən tədris ala bilmə imkanı əldə etməkdir.  Bu hazırlığa qoşulmaq istəyən hər bir şagird saytda qeydiyyat bölməsini doldurmalıdır. Evdə tədris yalnız təhsil yox həmdə sənət hazırlığı öyrənmək istəyənlər üçün yaradılmışdır.

Hazırda evdə təhsil iki konsept əsasında fəaliyyət göstərir :

Ənənəvi şəkildə -Bu zaman müəllim həmin fənn və ya sənətdən hazırlıq keçmək istəyən  şagirdin evində razılaşdırılmış müddət ərzində dərs keçir.

Online şəkildə – Müəllim şagirdin kurs almaq istədiyi istiqamət üzrə online şəkildə dərs keçir. Distant tədris zamanı hər hansı əlavə bir proqram yükləməyə ehtiyac yaranmır. Dərslər evdetehsil.az üzərindən  keçirilir.”

Emin Piri

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10