Pantomim teatrının may ayına olan reperturarı

10 Baxış

afisaAzərbaycan Dövlət Pantomima Teatrı tamaşaçıları may ayında da sevindirməyə davam edəcək.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildiriblər ki, mayın 2-də və 16-da Bəxtiyar Xanızadənin “Pantomima buketi” göstəriləcək. Tamaşaçılar mayın 3-də “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Dəli Domrul”a, 9-da və 24-də Ceyhun Dadaşovun “Mən və mən”inə baxa bilərlər.

Səbinə Hacıyevanın “Dejavü”sü mayın 10-da və 23-də, Bəxtiyar Xanızadənin və Bəhruz Əhmədlinin “Son ştrix” tamaşası mayın 17-də və 30-da nümayiş olunacaq. Teatrın kollektivi mayın 31-də Bəhruz Əhmədlinin “Ora-bura” tamaşasını təqdim edəcək.

Pantomima teatrının may repertuarında balaca tamaşaçılar da yaddan çıxmayıb. Uşaqlar mayın 3-də və 17-də və 31-də Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, mayın 10-da və 24-də A. Şaiqin “Tıq-tıq” tamaşalarına baxa bilərlər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10