Papaq axtaranlar

212 Baxış

elchinefendiTarixən bəllidir ki, Azərbaycan Respublikası hər zaman qonşu dövlətlərin və yadellilərin hücmuna məruz qalmışdır. Həmin dövlətlər Assuriya, Makedoniya, Əhəməni, Roma, Sasani, Ərəb, Səlcuq, slavyanlardan ibarət Rusiya, Gürcüstan, Kiyev və s.-dir. Bu dövlətlər işğal etdiyi ərazilərdə özlərinə məxsus dil, din, mədəniyyət aşılayaraq, özlərinə etibarlı dayaqlar yaradırdılar. Bəzən yerli əhali köçürtməklə də bunu edirdilər.

Azərbaycan adının Atropatena adı ilə bağlı olduğu qaynaqlarda yer alıb. Atropatena ilə yanaşı eyni əsrdə Albaniya dövləti də mövcud olmuşdur ki, bu dövlətlərin hər ikisi Sasani imperiyasının tərkibində olmuşdur.

Sasanilərdə Zərdüştlük əsas din idi ki, bu dinin də mərkəzi Atropatenanın paytaxtı Qazakada yerləşirdi. Zərdüştlüyə aid kitab isə “Avesta” adlanır. Burada əsas od götürülürdü. Ona görə də atəşpərəstlik də adlanır. Atəşpərəstlikdən dövrümüzə kimi muxtəlif adət və ənənələr gəlib çıxmışdır ki, bunlardan biri də “Novruz bayramı”dır. “Novruz bayramı”nın özünəməxsus mərasimləri vardır ki, bunlar xalq tərəfindən qəbul edilib və ya etdirilib indi də bu şəkildə davam edir. Novruz atəşpərəstliyə görə (farsca nov yeni, ruz gün) yeni gün adlanır. Yəni bu baharın gəldiyini göstərən bir ayindir. Novruz bayramı adətən mart ayının 20-21 tarixlərində keçirilir ki, bu zaman da fəsil dəyişkənliyi baş verir. Yəni qış öz missiyasını bitirib, estafeti yaza verir. O zamandək isə çərşənbələr (su, od, yel və totpaq) muxtəlif ünsürlərin ardıcıllığı ilə qeyd edilir. Bu da xalq tərəfindən müşahidə olunmuş və onların inancına görə öz təsdiqini tapmış rituallardır.

Son çərşənbə günü adətən qulaq falı, papaq atdı, “Kosa-kosa” oyunu və s. bu kimi adətlər yerinə yetirilir.

Son zamanlar bəziləri nədənsə papaq atmaqla bağlı narahat olublar. Burada narahat olacaq məqam yoxdur. Çünki bu adət-ənənəndir. Kimsə öz adət-ənənələrindən zor gücünə imtina edə bilməz. Kim nəyə inanır, necə inanır o onun haqqıdır. Bunun heç kimə aidiyyatı yoxdur. Yox əgər o inanac kütləvi qırğınlara sövq edirsə, o zaman danışmağa dəyər. Amma sizlər papaq qeyrət rəmzidir deyib düşmüsünüz ortalığa. Amma unutmusunuz ki, bizlər papağımızı Cəlil Məmmədquluzadə ilə birlikdə atdıq səmaya. Bizlər o papağı Xocalıda zorlanan və hələdə erməni əsirliyində qalan, təcavüzə uğrayan qız-gəlinlərin ah-naləsində itirdik. Başına papaq qoymayan durub papağın qeyrət rəmzi olmasından danışır. Qeyrət anlayışı papaqla ölçülürsə o zaman ölkəmizdə əhalinin əksəriyyəti qeyrətsiz hesab olunur? Və ya bütün canlı cə cansızlar içərisində ən qeyrətli olan göbələkdir? Qeyrət anlayışınıza “update” verin bəlkə yenilənər. O zaman anlayarsız ki, qeyrət ayaqlar arasında, papaqda deyil. Qeyrət insanın vicdanıdır. Vicdanı olmayanın qeyrəti də olmaz. Bunu dərk etmək çətin deyil. Yox əgər dərdiniz başqadırsa, bu xalqın milli mənəvi dəyərlərini tərgizdirmək, yadırğatmaq istəyirsinizsə, o zaman öz milli mənsubiyyətinizi dərk edin. Öz kimliyinizi araşdırın. Görün siz kimsiniz? Kimlərdənsiz? Onu dərk etdikdə başa düşəcəksiniz ki, Zərdüştlük də, Xristianlıq da, İslam da və s. bizlik deyil. Onlar hamısı işğalçılardan bizlərə miras qalmışlar. Onları silib atmaq da bundan sonra gecdir. Azərbaycan Respublikası tolerantlığı ilə seçilir. Burada həm dini, həm irqi, həm etnik, həm də cinsi azlıqlar mövcuddur. Bu azlıqlar isə insanlardan ibarətdir. İnsanlara, onların inanclarına, adət-ənənələrinə, düşüncələrinə  qarşı kəskin mövqe tutaraq, ara qarışdırmaq, qırğın salmaq lazım deyil. Bu hallara yol vermək, zəmin yaratmaq qeyri-insani davranışdır. Onsuz da yadellilər bu ölkənin bağrına yetərincə sağalmaz dağ çəkmişlər. Bir də sizlər bunu etməyin. Vicdanınız olsun.

Papaq axtarırsınızsa, onu Qarabağda, Zəngəzurda, Təbrizdə, Dərbənddə, Borçalıda axtarın. Onları itirəndə itirmisiniz papaqlarınızı. Novruzda atılan papaqlara nemət qoyulur, amma itirilmiş ərazilərdə itən papaqlarınızın içinə nə qoyulur gedin onu düşünün. Əgər tapsanız, o zaman papağınızı yadellilərdən alıb başınıza qoyun və bir daha əsla itirməyin!

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10