“Payatsı” tamaşası

5 Baxış

Паяцы1

Rusiya, Gürcüstan və Azərbaycanın Opera solistləri “Payatsı” tamaşasında çıxış edəcəklər.

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun “Payatsı” operasının tamaşası keçiriləcəkdir. Teatr rəhbərliyi tamaşadakı əsas partiyalardan birini – Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti -  Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət etmişdir.

Teatrının mətbuat xidmətmətindən Senet.az saytına məlumat verilib ki, Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcəkdir.

Tamaşada Azərbaycanın vokal məktəbini teatrımızın solistləri – Əməkdar Artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), həmçinin Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) təmsil edəcəklər.

Tamaşanın dirijoru  Xalq Artsti, professor Yalçın Adıgözəlovdur.

Bölmə : Teatr