Peyğəmbərin həyatından bəhs edən filmin bəstəkarı müsəlman oldu

64 Baxış

mecidi

Türkiyədə Məhəmməd peyğəmbərin uşaqlıq həyatından bəhs edən film yayıma çıxarılmazdan əvvəl çəkiliş qrupu tərəfindən izlənilib.

İranlı rejissor və ssenarist Məcid Məcidinin çəkdiyi “Məhəmməd” filmi artıq hazırdır. İranlı və türk kino mütəxəssislərinin birgə ərsəyə gətirdikləri film “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır. Filmin ümumi büdcəsi 30 milyon dollar hesablanıb. Filmdə “Peyğəmbər”in yalnız arxadan çəkilib.

Peyğəmbərin 12 yaşınadək olan dövrünü əhatə edən filmin dünya premyerası avqustun 12-də 39-cu Montreal Beynəlxalq Film Festivalında reallaşacaq.

Qeyd edək ki, filmin musiqilərini bəstələyən hindli bəstəkar A.R.Rahman film çəkilişləri zamanı müsəlmanlığı qəbul edib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10