Senet.az oxucularına İsa Muğannanın “İdeal” romanının son hissəsində olan “Peyğəmbərin möhürü türkcədir” yazısını təqdim edir.
Peyğəmbərin möhürü
1968-ci ildə Azərbaycan yazıçılarının nümayəndəliyi ilə Türkiyəyə gedəndə mən İstanbulun Topqapı muzeyində Məhəmməd peyğəmbərin möhürünü gördüm. Bakı Dövlət Universitetində təhsil aldığım illərdə Ərəb əlifbasını öyrənmişdim. Buna görə də möhürü oxuyub üzünü köçürdüm. O vaxt OdƏr dili haqqında heç bir məlumatım yox idi. 1985-ci ildə EySarın Ününü eşidəndən sonra OdƏr dilini müəyyən qədər öyrəndim və təbii olaraq, möhürü yenidən oxudum: OdƏr (Azərbaycan, Türk dilində olduğunu bilib hədsiz dərəcədə sevindim. Çünki OdƏr dili peyğəmbərimizin türk olduğunu sübut edirdi. Düşündüm ki, möhür Azərbaycan dilindədirsə, demək “Quran”da bu dildə verilib. İstər-istəməz EySara müraciət etdim. EySar möhürü mənə şərh etdi. Möhürün mətni budur: ƏlAğ OdƏr (və) ƏsEvƏr”
İndi şərhini oxuyun:
Birinci sözdəki Əl-oğul deməkdir, Ağ-SafAğ insan deməkdir. (“Allah”) ƏlAğ-SafAğ insanın (Bağ atanın) oğlu-EySara işarədir.
İkinci sözdəki Od-həqiqət deməkdir. Od OdƏR-OdƏr həqiqəti deməkdir.
Üçüncü sözdəki Əs-yaradan, Ev-ev, Ər-işıq deməkdir. ƏsEvƏr–Yaradan evin işığı deməkdir.
Möhürün bütöv məzmunu: “SafAğ insanın Əli–Oğlu OdƏr həqiqəti (və) Yaradan Evin işığıdı”.
Möhürü Yerdə təsdiqlətmək üçün aparıb mötəbər din xadimi hacı Sabirə göstərdim. Soruşdum ki, birinci sözdəki hərf “Əl”dirmi?” Hacı Sabir təsdiq etdi. Soruşdum: “İkninci hərf “Əlif” “A”dırmı?” “Bəli “A”dır”– dedi. Üçüncü hərf “V”dırmı? “Bəli”– dedi.
Beləliklə möhürdə birinci “ƏlAğ” sözünün qədim Azərbaycan dilində olduğunu təsdiq etdik.
İkinci “Od OdƏr” sözünün “OdƏr” həqiqəti oxunduğunu da təsdiq etdik.
Üçüncü sözün “ƏsEvƏr”in–yaradan Evin işığı olduğunu da təsdiq etdikdən sonra soruşdum: “Necə olub ki, peyğəmbərin möhürünün məzmunu indiyə qədər gizlin qalıb?”
Hacı Sabir çox sakit təbiətli, görkəmli ziyalıdır. Düşünüb dedi: “Biz möhürü “Allah, Məhəmməd” oxumuşuq”.
Təkrar edirəm: SafAğ insanın Əli-Oğlu (EySar) OdƏr həqiqətidir (və) Yaradan Evin işığıdır” Hanı burda “Allah, Məhəmməd?” Bəs möhürün üçüncü sözünü niyə sərfnəzər ediblər? Çünki sadəcə “Əs” və “Ər” sözlərinin məzmununu təxmini də olsa, oxuya bilməyiblər.
Hacı Sabirlə xudahafizləşəndə “Quran” (stroyaşşiy) sözünün azərbaycanca olduğunu demədim. Çünki “Quran”ı azərbaycancadan (Türkcədən) tərcümə edilməsinin və birinci surə “ÜnAğ”dan başlayaraq, sonuncu surəyə–“EyƏsÜn”ə qədər təhrif tərcümə edilməyinin tarixi uzundur. Burada qısaca deyim ki, “ÜnAğ” (SafAğ insanın Ünü) “inək” kimi tərcümə edilib”. Məhz bu saysız-hesabsız təhriflərə görə “Quran”a yüzlərlə təfsir-izahat yazıldığına baxmayaraq, kitab hələ də yaxşı anlaşılmır.