Pikassonun əsərini ərəb şeyxi alıb

2 Baxış

112

Pablo Pikassonun keçən həftə 179 milyon 366 min  dollara satılan “Əlcəzair qadınları” əsərinin alıcısı məlum olub.

“Page 6” internet saytının xəbərinə görə Pikassonun əsərini Qətər Kral ailəsinin üzvü Hamad bin Casim El-Tani alıb.

Xəbərdə deyilir ki, ərəb şeyxi Nyu Yorkda keçirilən auksiona telefonla qoşularaq bu əsərə sahib olub.

Qətərli El-Tani ailəsi sənət koleksiyaçılığı ilə məşhurdur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10