Fransa Gömrük Keçid Məntəqəsində məşhur rəssam Pablo Pikassonun 27 milyon dəyərində olan rəsm əsəri saxlanılıb. Gömrük rəsmilərinin verdiyi açıqlamaya görə “Head of a Young Woman” adlı əsər İspaniyadan çıxarılmaq istəyərkən tapılıb.
Pikassonun 1906-cı ildə çəkdiyi bu əsərin sahibi Ceym Botindir. O, 2012-ci ildən bəri əsəri ölkədən çıxarmağa çalışır. Ancaq hökumət tərəfindən icazə verilmədiyi üçün, o gizli yolla rəsm əsərini gizli yollarla ölkədən çıxarmağa çalışıb.