Pikassonun hədiyyə etdiyi rəsmi bir şüşə şəraba dəyişən türk rəssamı

129 Baxış

fikreeet

Senet.az sənət tarixinin 6 maraqlı hadisəsini təqdim edir:

 

 

 

 

 

 

Mark Rotkonun əsərləri hazırda dünyanın ən böyük auksion evlərində, yüksək qiymətə satılır. Ancaq Rotko sağlığında çox kasıb olub. 1959-cu ildə “Four Seasons” otelinin açılışı üçün rəssama 35 min dollar (indiki pulla 2,5 milyon dollar) verirlər. Rotko kasıb yaşamağına baxmayaraq bu puldan imtina edir. O, otelin açılışına qatılacaq dəvətlilərin onun əsərlərini başa düşmək iqtidarında olmadıqlarını deyib və buna görə də otel üçün rəsm çəkməkdən imtina edib.

Qeyd edək ki, Rəssam 10 il sonra hamamda ölü tapılıb.

0

 

 

 

Yəqin ki, Leonardo da Vinçinin ölümsüz əsəri “Mona Liza” haqqında minlərlə məqalə yazılıb. Artıq yüzillərdir davam edən əsərin sirrinin axtarışları, rəsm ətrafında gedən müzakirələr sənətsevərləri bezdirib. Ancaq bu rəsm haqqında onu deyə bilərik ki, rəssam əsəri yaradarkən 40 qat rənglənmədən istifadə edib.

1911-ci ildə əsər muzeydən oğurlanır. 2 il sonra muzey rəhbərliyi “Mona Liza”nı tapa bilir. Maraqlısı odur ki, tablo oğurlandıqdan bir gün sonra 60 min adam muzeyi ziyarətə gəlir. Onlar rəsmin olduğu boş yerə baxmaq istəyirdilər.

monalizaa

 

 

 

Sənət tarixindən anlayışı olmayanlar Pikassonun əsərlərini başa düşməkdə çətinlik çəkirlər. Bir çox hallarda “Bu əsərin qiyməti niyə milyonlarla ölçülür? Bunu elə mən də çəkərəm” deyirlər. Ancaq qeyd edək ki, Pikasso 20 yaşına qədər çoxlu realist mənzərə və potret çəkib. Sonradan klassizmə və realizmə etiraz edərək, öz tərzini yaradıb.

Pikasso həmin gün emalatxanasında işləyirdi. Onun çəkdiyi əsərlər, o dövrlərdə də birmənalı qəbul edilmir, Pikassoya təhlükəli adam kimi yanaşılırdı. Tez-tez ona nəzarət etmək üçün yanına adamlar gəlirdi. Həmin gün də alman zabiti emalatxanaya gəlmişdi. Masanın üzərindəki rəsmi göstərərək, bunu sizmi yaratmısınız? – dedi.

Pikasso “xeyr, bunu siz yaratmısınız” cavabını verdi.

Rəsmdə bir kəndin üzərinə atılan 6 min bomba təsvir olunmuşdu. 

2

 

 

 

Fikret Mualla adlı bu rəssam uşaq vaxtı məktəbdə tutulduğu xəstəliyi anasına keçirdir. Özü sağalsa da, anası xəstəlikdən dünyasını dəyişir. Bu hadisə Fikret Muallaya çox pis təsir edir və ömrünün axırına qədər bu hadisənin təsirindən çıxa bilmir.

Pikasso Fikret Muallanın Fransadakı sərgisinə gələrək, onun əsərini almışdı. Hətta onun yaradıcılığını o qədər bəyənmişdi ki, öz tablosunu da ona hədiyyə etmişdi. Fikret Mualla isə həmin əsəri bir şüşə şəraba dəyişmişdi.

3

 

 

 

Bu rəsm dünyada inqilabın simovlu kimi təqdim edilir. Ancaq rəsmi çəkən Euqene Delakroiks bu rəsmi çəkməkdə məqsədi tamamilə fərqli olub. Kralı dəstəkləyən rəssam, əslində rəsmi ilə inqilabı pisləmək istəyib. Sonradan rəsm həm hakimiyyət, həm də inqilabçılar tərəfindən qadağan edildi

4

 

 

 

Mikalencelo rəssamlıqla yanaşı heykəltaraşlıqda da böyük iz qoya bilmişdi. Onun ən məşhur işlərindən biri də Davud heykəlidir. Heykəlin başından aşağıya tərəf, ən xırda detalına qədər işləyən Mikalencelo, heykəli bitirdikdən sonra, belə bir hadisə ilə qarşılaşır. Sifarişi verən kilsə rəhbərlərindən biri heykələ nəzarət etmək üçün gəlir. O, təkid edir ki, heykəlin burnunu bir az balacalaşdırmaq lazımdır. Mikalencelo rahibi heç cür razı sala bilməyəcəyini duyub, yerdən mərmər tozu götürür və nərdivanla heykəlin başına qalxır. O, çəkiclə bir neçə yavaş zərbə vurduqdan sonra, əlində gizlətdiyi mərmər tozunu rahibin üzünə tərəf üfürür. “Belə daha yaxşıdır, hə?” Rahib gülümsəyərək, “bax indi istədiyim kimi oldu” – deyir.

5

 

 

 

 

 

 

 

 

 

Bölmə : Rəssamlıq
KÖŞƏ YAZARLARI
TOP 10