Pişiklərə aşiq olan yazarlar

83 Baxış

pishikİlknur  Salamova

Pişiklər çox qəribə canlılardır. Evinizdə pişik saxlayırsınızsa, yəqin ki, onun tez-tez evdəki kitabların, jurnalların ətrafında vurnuxduğunu, hətta onların üstündə yuxuya getdiyini müşahidə etmisiniz. Təsadüfi deyil ki, pişiklər yazarların ən sevimli heyvanlarıdır. Yazarlar adətən, antisosial və qaradinməz olsalar da, bu sevimli canlılarla yola gedə bilirlər. Sanki pişiklər kənardan daşürəkli görünən qələm sahiblərinin içindəki sevgini, uşaq saflığını üzə çıxarırlar. İtlərin insanların ən yaxşı dostu olduğu deyilir. Ancaq yazarların çoxu pişiklərlə dostluq qurmağa üstünlük veriblər. Çox az insanı daxil etdikləri dünyalarının qapılarını pişiklərin üzünə açan yazarlar axtardıqları saf, səmimi sevgini, dostluğu məhz bu heyvanlarda tapıblar. Qədim zamanlardan bəri yazarlarla pişiklərin arasındakı əlaqə araşdırılsa da, bu dostluğun nədən yarandığı tam olaraq bilinmir. Bəlkə də, pişiklərin də ən az qələm adamları qədər həssas olmaları buna əsas verib.

 

 

4

Tomas Sternz Eliot

T.S.Eliot şeirlərində tez-tez pişikləri tərənnüm edib. Onun “Cats” (“Pişiklər”) və pişiklərə həsr etdiyi 15 şeirdən ibarət “Yaşlı siçanın pişik rəhbəri” adlı əsərləri daha məşhurdur.

 

 

5

Ernest Heminquey

Günlərin bir günü məşhur yazara altı ayaq barmağı olan (nadir hallarda pişiklərin baş barmağı olur) Qartopu adlı bir pişik hədiyyə edirlər. O gün bu gün pişik Heminqueyin ən yaxın dostuna çevrilir. Hətta yazar 1931-ci ildə  yeni evinə köçəndə Qartopunu da özü ilə aparır və onun nəslini çoxaltması üçün şərait yaradır. Hazırda həmin evin yaxınlıqlarında Qartopunun 50-dən çox nəvəsi yaşayır. Bu 6 barmaqlı pişiklərə “Heminquey pişikləri” deyənlər də var.

 

1

Uilyam Syuard Berrouz

Narkotikdən istifadə edən yazarın yazılarında vəhşilik, kobudluq hiss edilsə də, pişiklərə olan sevgisi, onun nə qədər həssas olduğundan xəbər verir. “İçimdəki pişik” adlı avtobioqrafik, qısa roman yazan U.Berrouzun ölmədən öncəki son sətirləri də pişiklərlə bağlı olub. O, son dəfə qələmi əlinə alanda 4 pişiyinə qarşı olan sevgisindən bəhs edib:

“Problemləri təkcə sevgi ilə həll etmək olar. Mənim Fletç, Ruski, Spunir və Kalikoya qarşı hiss etdiyim sevgi ilə… Sevgi təbii ağrıkəsicidir.

 

 

7

Mark Tven

Amerikanın ən məşhur yumoristi və yazarlarından olan Mark Tven də pişikləri çox sevib. Bir dəfə yazarın sevimli, qara pişiyi Bambino itib. Mark Tven “American” jurnalına elan verərək pişiyini tapıb gətirənə 5 dollar mükafat verəcəyini bildirib.

 

 

2

Semyuel Conson

Pişiklərə insanlardan daha çox hörmət edən biri varsa, o da Semyuel Conson olub. Ceyms Bossuelin qələmə aldığı “Semyuel Consonun həyatı” adlı avtobioqrafik əsərdə  yazarın pişiklərə nə qədər dəyər verdiyi vurğulanıb.

C.Bossuelin yazdıqlarına görə, S.Conson pişiyinə lüks qidalar yedizdirib. Hər gün pişiyi üçün istiridyə alan yazar pişiyindən xoşu gəlməyən köməkçilərini işdən qovubmuş. Onu da vurğulayaq ki, yazar Londondakı evinin önünə pişiyinin heykəlini qoydurub.

 

 

11

Uilyam Batler Yeyts

Uilyam Batler də pişik sevən ədəbiyyatçılardan olub. O, “Pişik və Ay” şeirində özünü pişiyə, sevdiyi qadını isə Aya bənzədib.

 

 

 

9

Patrisiya Haysmit

Yazarın müasirləri onun adamayovuşmaz olduğunu deyirdilər. “İnsanlarla danışmaq məcburiyyətində qalmadıqda daha yaradıcı oluram” deyən P.Haysmit deyilənlərə görə, yemək yeyərkən, yazarkən, hətta yatarkən belə pişiklərini yanından ayırmayıb.

 

 

3

Çarlz Dikkens

Ədəbiyyat tarixinə iz qoymuş ən önəmli yazarlardan biri olan Ç.Dikkensin “Dünyada bir pişiyin sevgisindən daha böyük bir hədiyyə ola bilərmi?” sözü onun bu canlılara olan sevgisini ən yaxşı şəkildə əks etdirir. Deyilənə görə, yazarın pişikləri çox ağıllı və dəcəl olublar. Onlar acanda və ya susayanda saatlarla yazı masasından qalxmayan Dikkensin diqqətini çəkmək üçün onun mumunu söndürürlərmiş. 1862-ci ildə yazarın ən sevimli pişiyi Bob ölür. Dikkens o qədər kədərlənir ki, onun tüklərini fildişindən hazırlanan bir əşyanın içərisinə qoyub xatirə kimi saxlayır.

 

 

 

8

Nil Qeyman

Fantastik növün dəyərli yazarlarından olan Nil Qeyman əsərlərinin bir çoxunda pişikləri Hermion, Pod, Zoe, Prensen ve Hindistanqozundan bəhs edib.

 

 

6

Uilyam Karlos Uilyams

Yazar və şair U.Karlos da pişiklərlə dostluq edib. O, “Poem (As the Cat)” adlı şeirini pişiklərə həsr edib.

 

 

10

Reymond Çandler

Dedektiv romanları ilə tanınan R.Çandler qadınlara, bir də pişiklərə heyran olub. O pişiyi Taki haqqında “Pişiyimiz çox dəcəldir. Bəzən elə qışqırır ki, insanın qanı donur. Axşam saat 8-də süd içir, amma bunun üçün yarım saat öncədən haray-həşir salmağa başlayır”, – deyən Reymond Çandler əsərlərində tez-tez pişiklərə yer verib.

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10