Pişiklər musiqi aləti kimi istifadə edilirdi

67 Baxış

pishik

Bilirsizmi ki, orta əsrlərdə qəddar  musiqi aləti olub ? Məlumatlara görə İspaniya kralı II Filippin qeyri-adi musiqi aləti var idi. “Pişik fortepiano” adlanırdı. Bu fortepiano uzun bir qutudan ibarət olub , 14 hissəyə bölünmüşdü.Hər bölünmüş hissəyə seçilmiş pişiklər yerləşdirilirdi. Pişiklərin seçimi “dinləmələrdən” ibarət idi. Belə ki, onların quyruqlarını ayaqları ilə tapdalayaraq səslərini yoxlayırdılar. Ən yüksək səsə görə onları yeşikdəki bölmələrə yerləşdirirdilər. Pişiklərin quyruqları klaviaturanın altına bərkidilirdi.

Klaviatura hər dəfə basılanda iti iynə pişiyin quyruğuna dəyirdi və pişik ağrıdan qışqırırdı. Saray əyanları növbə ilə melodyanı ifa etməyə, akkordları düzgün vurmağa çalışırdılar.

Pişiklərə bu cür qəddar münasibətin olması orta əsrlərdə kilsənin pişikləri şeytanın elçiləri və köməkçiləri adlandırması ilə bağlı idi.  Qara rəngli pişiklərin isə  uzun müddət yaşama şansı yox idi.

Bu qəddar musiqi aləti bütün Avropaya yayılmışdı. Musiqi aləti üçün uyğun olmayan pişiklər yandırılırdı. Qeyd edək ki, I Pyotr da Hamburqdakı əntiqxanası üçün bu “pişik fortepiano”dan sifariş etmişdi.

 

 Tərcümə etdi : Səma Fuadqızı 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10