“Piter Pen” Nizami Kino Mərkəzində

9 Baxış

14996887913517210587_1000x669

İyulun 12-də Nizami Kino Mərkəzi və “British Council Azərbaycan”ın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına “Piter Pen” tamaşası rus dilində titrlərlə təqdim edəcək.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Senet.az-a bildirilib ki, əsərin süjet xəttini bir nəfər istisna olmaqla, bütün uşaqların böyüməsi və bununla da yaranan macəralar təşkil edir.

Məşhur “Ceyn Eyr”in ardınca rejissor Salli Kukson möhtəşəm, maraqlı “Piter Pen” tamaşasının “Bristol Old Vic” teatrındakı uğurundan sonra onu Milli Teatrda səhnəyə qoyur. Bu tamaşada böyüyüb boya-başa çatmağın müsbət və mənfi tərəflərinə toxunulur. O, sehr, dəcəllik, musiqi və fantaziyanın mükəmməl ahəngini əks etdirir. Tamaşa 12 yaşından yuxarı olanlar üçündür. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə etmək olar.

Xatırladaq ki, layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

KÖŞƏ YAZARLARI
TOP 10