Piter Pen obrazı necə yaranıb?

185 Baxış

11694765_966895873330687_8079311277709549561_n

 Səma Fuadqızı:

 

“Piter Pen” əsərinin müəllifi Ceyms Metyu Barri 9 may 1860-cı ildə çoxuşaqlı toxucu ailəsində anadan olub. 6 yaşında olarkən Ceyms Barrinin ailəsi dəhşətli faciə yaşayıb. Ceymsin böyük qardaşlarından biri -Devid-  14 yaşının tamam olmasına iki gün qalmış konki sürərkən həlak olub.  Barrinin anası bu hadisədən sonra uzun müddət yataq xəstəsi olub.

Yaranan psixoloji gərginliyi azaltmaq üçün Ceyms qardaşının kostyumlarını geyinir və gününün çox hissəsini anasının yanında keçirirdi. Anasının Ceymsə öz uşaqlığı haqqında söhbətləri sonradan  Ceyms Barrinin “Marqaret Oqivli” və “Piter Pen” əsərləri üçün ilham mənbəyi olur. Anası Marqaret hələ uşaq ikən balaca qardaşlarına qayğı göstərmək məcburiyətində qalır.  “Piter Pen” əsərində Marqaretin prototipi Vendidir.

Ailəsi Ceymsin nazir  olmasını istəsə də o, karyerasınını yazıçı olaraq qurmaqda israr edir və Edinburq Universitetinin ədəbiyyat şöbəsinə daxil olur. Yaradıcılığının ilk illərində o, qəzetlərə məqalələr yazırdı. Sonrakı illər isə o teatrlar üçün pyeslər yazmağa başlayır. 1894-cü ildə Ceyms Barri onun pyeslərində rollar ifa edən aktrisa Merri Ensellə ailə həyatı qurur. Lakin Ceymsin ailəsi 1909-cu ildə dağılır, onlar ayrılırlar.

1901-ci il Ceymsin yaradıcılığı üçün uğurlu il olur. O,  “Kvoliti-strit” adlı pyesini yazır. Lakin onun yaradıcılığına səs-küy salan başqa pyes olur…

Bu pyesin tarixi 1897-ci ildən başlayır. Londonun Kenqsinqton parkında Portos ləqəbli senbernarı ilə gəzişən Ceyms Barri   Devis ailəsinin uşaqlarını ( Corc, Cek və Piter) parkda gəzdirən dayə ilə tanış olur. Ceyms bu ailə ilə tez bir zamanda dostlaşır. Portos Ceyms Barrinin “Piter Pen” əsərində dayənin itinin  proobrazına çevrilir.  (Qeyd edək ki, Ceyms Barri Piter Pen obrazını yaratmaqla heçvaxt böyümək istəməyən  bu obrazı həyatını 14 yaşında itirən qardaşına həsr edib.)

Barri həm də uşaqları maraqlı əhvalatlar qurmağı, real aləmi sehirli nağıla çevirə bilməyi ilə heyran edir. Belə ki, o Corc və Devisə sirr olaraq  bildirir ki, onların balaca qardaşları Piter  əslində uça bilir. Lakin Piter  qardaşlarından fərqli olaraq  Barriyə o qədər də bağlı biri deyildi. Məhz o (Piter)  öz adını  Ceyms Barrinin nağıl qəhrəmanına vermişdi. “Piter Pen”in ikinci adını və ya soyadını (Pen) yazıçı qədim yunan allahı Panın adından götürüb(Pan təbiət allahıdır).  Piter Penin yarpaqdan olan papağı və məşhur fleytası da burdan götürülüb.

Onu da qeyd etmək lazımdır ki, Barri həm də yeni adın “ixtiraçısıdır”. Dəqiq desək onu Barrinin balaca dostlarından biri “ixtira” edib. O Barrini “friendly” ( ing. mehriban) deyə çağırırdı. Lakin sözü birbaşa deyə bilmədiyinə görə bunun əvəzinə “vendi” deyirdi. Ceyms Barrinin “Piter Pen” əsərinin uğurundan sonra  bu ad qadınlar arasında məşhurlaşdı. Qeyd edək ki, Vendi “Piter Pen” əsərinin  personajlarından birinin adıdır.

Uşaqlarla görüşdən sonra Barri  Devis ailəsinə qonaq çağırılır və uşaqların valideynləri – vəkil Artur və onun xanımı Silviya ilə tanış olur. Silviya yazıçını gözəlliyi ilə valeh edir , lakin onun həyat yoldaşı Arturu isə Barri bəyənmir. Yazıçı bunu “Piter Pen” əsərində aydın göstərir. Silviyaya qarşı Barrinin sevgisi platonik olaraq qalır.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2004-cü ildə  Mark Fosterin  “Sehirli ölkə” adlı tammetrajlı filmində Ceyms Barrinin Devislərin ailəsi ilə münasibətləri yer alıb. Baxmayaraq ki, bu film bioqrafikdir lakin burada reallığa uyğun olmayan məqamlar var : filmdə Silviya dul qadın olarkən Barri ilə rastlaşır, halbuki əslində Barri bu ailə ilə Silviyanın həyat yoldaşı Artturun ölümündən 10 il əvvəl tanış olmuşdu.

Piter Penin ədəbiyyatdakı tarixinə nəzər saldıqda görərik ki, bu obraz Barrinin  “Tommi və Qrizel”  (1900) əsərində də vardır. Bu əsər itkin düşən, lakin tapılacağından qorxan oğlanın həyatından bəhs edir. O böyümək istəmir, elə ona görədə evdən qaçır.

İki ildən sonra (1902)  Piter Pen obrazı Ceyms Barrinin daha bir əsərində “Balaca ağ quşcığaz” da peyda olur. Əsərin qəhrəmanının  sevdiyi qız başqası ilə ailə qurur.  Qıza olan sevgisini  o , onun oğluna yönəldir. Qızın oğlu ilə birlikdə Kenqsinqton parkında gəzişir və ona elflərdən, pərilərdən və Piter Pendən nağıllar danışır.

 

 

 Artur Rekxemin çəkdiyi rəsm- “Piter Pen Kenqsinqton bağında” (1906)

11741698_966895703330704_777760184_n

 

 

Artur Rekxem “Piter Pen Kenqsinqton bağında”

11737963_966895756664032_5444483398709847879_n

 

 

Ceyms Barri Portosla; sağda Portos pələng maskasında

11013023_966895823330692_7910194065942790279_n

 

 

Ceyms Barri

11694765_966895873330687_8079311277709549561_n

 

 

Ceyms Barriyə həsr olunmuş Mark Fosterin 2004-cü ildə çəkdiyi “Sehirli ölkə” filmindən fraqment

11745312_966895883330686_6035672662655168933_n

 

 

Devislərin ailəsi

11101009_966895939997347_6223743035320500593_n

 

 

Marqaret Xenli- “Piter Pen” pyesində Vendinin prototipi

11267427_966895993330675_7701857738689443409_n

 

 

“Piter Pen” rəssam Alisa Bolinqbrok Voodvard (1907)

11752441_966896033330671_524492020498173093_n

 

 

Silviya Devis

11742982_966896076664000_7483320763029533645_n

Ardı var…

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10