Planet satılır

97 Baxış

planetSenet.az “XAN” nəşrlərində işıq üzü görmüş “Cib Kitabları” seriyasından “Əcaib canlılar” kitabından Nil Nilsonun “Planet satılır” hekayəsini təqdim edir.

 

 

 

 

– Bir dənə də planet yoxdur! – Tim OŞo çəhrayı enli üzünü radarskopun okulyanndan ayıraraq ucadan dedi. – Bətəlgeyzenin ətrafında, heç olmasa, balaca bir planet də yoxdur!

İrlandiyalının səsi onun əsəbiləşdiyini göstərirdi, halbuki o, Satumun bu tərəfindəən yaxşı poker oyunçularının biri sayılırdı. Lakin onlar bu xırda işə kifayət qədər çoxlu pul qoymuşdular və həyatlarının dörd ilini sərf etmişdilər…

Qarasaçlı italiyalı Macio Forlini antiqravitasiya qurğusundan aralandı, ala gözləri uşaq gözü təki parıldadi:

– Doğrudan? Əminsən?

Tim gülümsədi:

– Nənə Anjelonun Nyu-Meksikonun hansısa bir xaraba qalmış yerində komançi skvosu olduğu kimi əminəm.

Bətəlgeyze adı altında məlum olan qırmızı nəhəngə gedən “Oyuncaq” adlı kosmik gəminin heyət üzvlərindən böyüyü kvarteron Anjelo del Norte susdu. Həmişəki kimi. Onun tünd-sarı at sifətində heç nə təhqiri eşitdiyini büruzə vermədi. O, çox gözəl bilirdi ki, dörd il bu uçan termosda dözmək üçün səbirli olmaq lazımdır. Belə köhnə gəmidə tez bir müddətə Bətəlgeyzeyə uçub geriyə qayıtmaq mümkün deyil. Bir şey ki onun sürəti işıq sürətindən cəmi bir neçə dəfə çox idi.

– Bir də bax! – heyətin dördüncü üzvü alman Eqqe Kerl dedi.

O, fikirli-fikirli yumru qarnına baxdı. Kosmik gəmidə gəzinti mümkün deyil: ancaq kart, yatmaq və yemək.

– Nə qədər baxmaq olar?! – Kosmosun beynəlxalq kəşfiyyat dəstəsinə başçılıq etməyinə baxmayaraq, Tim özünü hamıdan pis ələ alırdı. – Artıq neçə gündür fırlanırıq. Heç olmasa, planetin olmasına bircə işarə olaydı. Boş şeydir. Altı yüz işıq ili və hər kəşf olunmuş planetə on milyon dollar… Bircə planeti tapmaq qalır. Harada?

O, yoldaşlarına hirsli-hirsli baxdı. Onlann heç nə ifadə etməyən üzləri onu özündən çıxarırdı. Hər şey onu əsəbiləşdirirdi: təngə gətirmiş konservlər, keyimiş əzələlər, diş ağrısı (plomba qənaət edilmişdi). Əlbəttə, istər yerdə, istərsə də kosmosda kəşfiyyatçı riskə getməlidir. Amma əbədi yox. Dəliqanlı irland qanı çıxış axtarırdı.

Bir dəqiqə idi, sükut çökmüşdü. Hamı evə aparan üzücü yol barədə düşünürdü. Onlar böyük illüminatorlardan Bətəlgeyzeni, sol bortdan qara boşluqda alovlanan nəhəng qaz buludunu görürdülər. “Oyuncağ”ın işıq maqnitli motorları dörddəbir güclə işləyirdi. Gəmi böyük ellipsi andıran nəhəng günəşin ətrafında dördüncü dövrəni başa vururdu. Raket melodik uğultuyla ucu-bucagı görünməyən boşluğa düşürdü. Sağda isə lap uzaqda əziz Günəşin qaranlıqda güclə işıldayan qığılcımı görünürdü.

“Oyuncaq” iyirmi il əvvəl – 2078-ci ildə cüt nisbilik kəşf olunandan və nəhayət, işıq sürətindən böyük sürətlə uçuşlar mümkün olandan sonra saysız-hesabsız yaranmış beynəlxalq kartellərdən biri olan Panama Kosmik Tıcarət Kompaniyası tərəfindən təchiz edilmişdi.

Yer kapitalı qonşu ulduzlarda öz fəaliyyətini genişləndirmək imkanı əldə etdi, axı Günəş sisteminin bütün planetləri artıq çoxdandır Yerin gəlirlı filiallarına çevrilmişdi. Hər bir yeni planet üçün verilən şahlara layiq mükafatlarla şirniklənmiş dörd macəraçı “Oyuncag”ı Bətəlgezeyə aparmağı boyunlarına götürmüşdülər. Və beləliklə, onlar yeddi yüz otuz gündən sonra meteorlar, maqnit burulğanları, sərt şüalarla dolu təhlükəli kosmosda məqsədlərinə çatmaq üzrədirlər. Əsəblər gərgindir, yalnız yeni planet sistemi onları sakitləşdirə bilər…

Bətəlgeze isə sonsuz, qoca bakirə bir okeanda atılmış mayak kimi qıpqırmızı bir ulduz çıxdı və onun da alov saçan bətnində heç bir dənə də planet olmadı. Hətta Anjelonun sakit qəhvəyi gözlərində ümidsizlik hiss olunurdu.

– Bax, bax, mənim artıq gözlərim partlayır! – Tim yumruqlarını sıxırdı, lakin almanın sərt baxışları altında donub qalmışdı. O, əsəbi halda geriyə qayıtmaq tapşırıqlı perfokartı daxil etmək üçün elektron beyinə yaxınlaşdı. İki yüz günəş ili qədər məsafə qət edilmişdi vəəvəzində mükafat olaraq, heç olmasa, bircə planet olsaydı!

Kerl çiynini çəkdi və şişkin üzünü radarskopun okulyarına yaxınlaşdırdı. Anjelo və Mado astadan Kerlə yaxınlaşdılar. Tim nifrətlə fınxırdi: “Axmaqlar, görəsən, hələ də nəyəsə ümid bəsləyirlər?”

Anjelo Kerlin başının üstündən sol bortdan qırmızı alov dənizinə baxdı. Milyard illərlə ulduz boşluğa dəhşətli enerji yayır, lakin buna baxmayaraq, onun həyatverici şölələrində heç bir dənə də planet üzmür. Niyə? Anjeloda hindu qanı dinirdi və başa düşə bilmirdi ki, bu qırmızı nəhəngin allahına – günəş onun üçün, demək olar, allah kimi idi – sitayiş etmək üçün niyə bir kimsə yoxdur, niyə onun ucsuz-bucaqsız alovlu qanadlarının kölgəsi altında xalqlar doğulmurlar, yaşamırlar və ölmürlər.

– Qarşıda planet var. Otuz dərəcə sola, – Kerl aydın tələffüz etdi.

–Nə?

Bir sıçrayışa Tim OŞo onun yanında oldu.

– Ola bilməz! On mil radiusundakı hər bir səma cismini görərdim.

Kerl tələsmədən dikəldi.

– Özün bax!

Tim okulyara qısıldı və uzun müddət donub qaldı. Nəhayət, başını qaldırdı və şişmiş göz qapaqlannı sildi.

– Elədir ki var. Atmosfer, dənizlər, buludlar… Hər şey! Axı mən onu necə gözdən qaçırmışam?

O, günahkarcasına yoldaşlanna baxdı. Lakin onun hissləri onları maraqlandırmırdı, çünki onlar teleskopa yapışmışdılar. Onlar balaca gümüşü diski, qaranlıq dərinliklərdə bərq vuran şehi, planetin canlı üzünü görürdülər. Bu, şəksiz, planet idi. Baxmayaraq ki o, qəpikdən böyük deyildi və hələ ona çox var idi. Hətta atmosferi də var idi! Qiymətli tapıntıdır!

– On milyon dollar, – Macio ehtiramla dedi.

Qalanları başlarıyla təsdiqlədilər. Sanki, yorğunluğu və dilxorluğu əllə götürdülər. Dodaqları ov görmüş ovçunun dodaqları kimi sərtləşdi və nazildi. İndi cihazların ölçü vəziyyətini almaq və havanın, suyun, cazibə qüvvəsinin gücünü, kütləsini, mineral tərkibini və s. analizləri etmək üçün planetin yanından keçmək qalırdı. Bunları etdikdən sonra qazanılmış mükafatın dalınca evə qayıtmaq olar. Yerdən isə yeni müstəmləkələri sakitləşdirmək və qiymətli daşları və nadir metalları maneəsiz əldə etmək üçün əsəb qazı və qızılca virusu ilə dolu raket eskadrilyaları yola düşəcək. Və on ildən sonra Panama Kosmik Ticarət Şirkəti öz səhmdarlarına yaxşı qazanc ödəyə biləcək.

“Oyuncaq” kursu dəyişdi və düz planetə doğru yönəldi. Görmə pelenqinə görə ona çatmağa xeyli məsafə qalmışdı. Birdən radar qurğusunun həyəcanlı qırmızı işıqlan yanıb-sönməyə başladı. Qarşıda maneə var idi. Avtomatik olaraq tormoz mühərriki işə düşdii, kosmonavtlar yerə yıxıldılar və söyüş eşidildi. Antiqravitasiya olmasaydı, belə qəfil tormozlamada onlar tamam əzilərdilər.

Meteordur? Dördlük yaxındakı radarın ekranına gözlərini zilləmişdi. Əvvəlki kimi qarşılarında boşluqda xırda planet görünürdü. O bir az böyümüşdü, lakin yenə də məsafə çox böyük idi və başqa heç bir şey görünmürdü.

– Məni ildınm vursun… – Timin agzı açılı qaldı.

Artıq o birilər də başa düşdülər ki, radar planetə reaksiya vermişdi, demə, az qala, onunla toqquşmuşdular. Belə olan halda…

– Ona cəmi-cümlətanı 200 metr qalıb, – Anjelo pıçıldadı, – və onun ölçüləri xəyali deyil, həqiqidir.

– En kəsiyi on metrdir! – Kerl artıq cihazın yanında dayanmışdı. – Dəqiq desək, 10,2 metr, – o, alman dəqiqliyi iləəlavə etdi.

– Aman Allah! – Tim ufuldadı. – Bu kristallara baxın… Lənət şeytana, bu ki şəhərlərdir! Bu ağ lentlər yollardır! Bu düzbucaqlar isə, əlbəttə ki, becərilmiş tarlalardır! Və bunların hamısı çox kiçik ölçülərdədir…

O, heyrətdən donub-qalmışdı.

– Əgər şəhərlərin ölçüsü eynilə Yerdəki kimi planetin ölçüsünə uyğun gəlirsə… – Kerl tez hesablama apardı. – Onda onun sakinlərinin boyu millimetrin mində ikisindən çox olmamalıdır!

O, yoldaşlanna baxdı. Onun soyuq mavi gözlərində yumora bənzər nəsə göründü.

– Başqa sözlə desək, onlar yatalaq, vərəm, vəba basilləri təki bir şeydirlər!

– Sən demək istəyirsən ki, planet yatalaq basilləri ilə məskunlaşıb? – Macionun mavitəhər tüklərlə örtulmüş çənəsi əsirdi.

– Bu heç də belə deyil… – Kerl güldü. – Bəyəm basillər şəhərlər tikir? Tarlalar becərir? Ümumiyyətlə, bu problem nəzəri maraq kəsb edir, ona görə ki…

– Ona görə ki, bu cırtdan planetin heç bir qəpik də qiyməti yoxdur.

– Bizim üçün dəyəri yoxdur.

Anjelo “Oyuncağ”ın önündə sakitcə fırlanan cumbulu planetə baxırdı. Mavi zərrə, kainatın məzəli oyuncağı…

– Bilirsən… – Tim soyuqqanlı kvarterona sərt nə isə demək istəyirdi ki, birdən turşumuş sifəti şadlandı. – Əlbəttə, Kosmik Ticarət Şirkəti diametri on metr olan planet üçün bizə heç nə verən deyil. Bəs London Astrofizika Muzeyi haqqında nə deyirsiniz?

– Doğrudur! – Macio sevindi. – Məskunlaşmış əsl planet şüşə altında. Bu ki sensasiyadır! Adam əlindən yer olmayacaq! Belə bir şeyə muzey məmnuniyyətlə on milyon verəcək!

– Tez olun, skafandrları geyinin! – Tim artıq əmrlər verirdi. Baxışları sərtləşmişdi. – Geyinin! Onu maqnit kranla götürək. İki nömrəli su sistemi boşdur. Onu orada yerləşdirərik. Atmosferə görə qorxmaq lazım deyil, sistem germetikdir!

O, tez germoşlemini götürdü.

– Düzdür! – yenidən Kerlin sakit soyuqqanlı gülüşü eşidildi. – Sən heç də axmaq deyilsən, Tim. Eləmi?

– On milyon! – Macio sevinirdi. – Əgər bu basilləri sapsağlam apara bilsək!

Onlar oksigen tapançaların köməyi ilə keçid kamerasından güllə kimi çıxdılar. Səliqəli Kerl qoltuğunda mikroskop tutmuşdu. Ən axırda Anjelo gəlirdi.

“Milyardlar, – anlaşılmaz bir qorxu duyaraq o düşündü. – Bəlkə, bu planetdə milyardlarla insan yaşayır… Analar öz balalarının burnunu silir, kişilər gəmi ilə okeanda üzürlər. Və bəlkə, göydə qəribə siluetlər, qəribə parıltı, kosmik iblislər, ilahinin əli görünür…”

Onlar dördlükdə iri skafandrlarda planetə yaxınlaşdılar. Onu araya aldılar. Kosmonavtların kölgələri dağlara düşürdü, okeanların üstünü örtürdü. Onlar planetə tərəf əl uzadır, onu bir-birinə göstərirdilər, şlemofonla danışırdılar.

– Düyməcik! – Macio güldü. – Düyməcik planeti!

Onların acgöz əlləri arasında öz orbitinə tabe olaraq qırmızı günəşin ətrafinda firlanan nəhəng kosmosun kiçik bacısı süzürdü. O, atmosferdən məhrum olmuş cansız asteroid, soyuqdan donmuş daş deyildi. Planet zəif işıqlanan halqa iləəhatələnmiş əzəmətli tac təki olan atmosferlə kosmosda uçurdu. Parıldayan suları, yaşıllaşan təbiəti ilə şən, gülərüz günəş övladı qanuni həyat daşıyıcısı olan planet fırlanırdı.

– Yerin balaca forması, – Kerl pıçıldadı. – Yəqin ki, öz cazibə qüvvəsi ilə bizimkindən fərqlənir. Kosmik miqyas üçün nadir nümunədir.

Anjelo qəhərləndi. O, cırtdan planetdə günün necə doğulduğunu görürdü. Şəfəqin şölələri altında dağlann zirvələri ağarırdı. Qırmızı günəş qüdrətli açıq-boz rəngli okeanlarda əks olurdu. Materikin hər yerində qəribə kristallar işıq saçırdı. Çaylar düzənliklər arasında qıvrılır, göllər parıldayırdı. İllər planetin üzünü qınşlarla bürüşdürmüşdü, buna baxmayaraq, o, yenə də gənc və yanaqları allanan biri idi.

– Ona dəyməyək! – Mövhumatçı hinduda xof tamahı üstələdi.

– O, onlarındır! Onlar insandırlar. Bəlkə, onların da ruhu bizimki kimidir!

– İnsandırlar? – Tim fınxırdı. – Böyük şey olub! Ruhu olan basillər. Bu, qiyməti qaldınr. Mən maqnit kranın dalınca gedirəm.

Və o, nəhəng ulduzun işığı altında dəmir korpusu qırmızı işığı əks etdirən gəmiyə tərəf qayıtdı. Oksigen tapançasının ağ izi uzandı.

– Şəhərlərdə həyat qaynaşır! – Kerl öz mikroskopunda planetə baxırdı. – Qara nöqtələr… şübhəsiz, qorxublar… Görünür, orada çaxnaşmadır. Onlar bizi öz səmalarında görürlər. – O, öz mikroskopunu gah bu, gah da başqa nöqtəyə yönəldirdi. O, xırda pulcuqlara oxşar gəmiləri görürdü. Obyektivin altından buludlar, meşələr keçir, sanki, şüşə üstündəki bir damla suda həyat qaynayır, nəsə doğulur, yaranır, mübarizə aparır, ölürdü…

Balaca gümüşü planet sakitcə öz orbiti üzrə hərəkət edirdi. Kerl planetin fırlanmasını görürdü. O, dağlardan birinin necə silkələnib dağıldığını əsl tədqiqatçı soyuqqanlılığı ilə izlədi. Sonra güldü:

– Bizim kütləmiz planetin firlanmasına mane olur. Onlarda zəlzələlər başlayıb! Biz planeti tamamilə dayandırsaq, görəsən, nə olacaq? Onda milyonlar məhv olacaq!

Tim maqnit kranın kabelini arxasınca darta-darta uçub gəldi.

– Onu maqnit qütblərindən tutaq!

O, üzgüçü təki planetin ətrafındakı boşluqdan keçdi və aşağı şığıdı, – nəhənglər dünyasının əfsanəvi varlığı kimi.

– Ona baxın! – Macio gülümsədi. – Maraqlıdır, görəsən, indi basillər onu necə görürlər. İndi onlar dəcəl uşaqları qorxutmaq üçün nəsəəldə edərlər: “Yatın, yoxsa Tim sizi özü ilə aparar!”

Kerl güldü.

– Mən onları görürəm! – Onun səsi gərginləşdi. – Necə də vurnuxurlar. Yəqin, biz onlara əllərində odlu qılınc olan mələklər kimi görünürük!

– Ha! – Tim gülməkdən kabeli əlindən buraxdı. – Amma yaxşı dedin: mələklər! Həyatımızda birinci və axırıncı dəfə bizim mələk Mikayıl rolunda olmaq imkanımız var!

Bu haqda düşünmək onları məst etdi. Kosmik allahlar! Onlar əl-ələ tutdular. Ümumi həyəcan hətta Anjeloya belə sirayət etdi – oksigen tapançalarını işə salıb planetin ətrafında sürətlə coşqun yallı getdilər. Onlar qışqırırdılar, nərə çəkirdilər, bərkdən gülürdülər… Bu, həqiqətən də, şadyanalıq idi. Onlar özlərini başları ulduzlara dəyən nəhənglər kimi hiss edirdilər. Onların hoppanmaqlarından planetin atmosferində siklonlar əmələ gəlirdi və bulud örtüyündəki qara çalalar gəmilərin, sahillərin, şəhərlərin üstündən keçərək özündən sonra dəhşətli dağıntılar yaradırdı. Hər sıçrayış Düyməciyin on minlərlə sakininin ölümünə səbəb olurdu…

– Bəsdir! Kifayətdir!

Anjelo dairədən çıxdı. Onun çoxdan eşitdiyi bir söz yadına düşdü. Nənəsi başıbəlalı kəndin üstündəki ulduzları göstərərək titrək səslə demişdi: “Hər bir ulduz Allahın mələklərindən biridir, Anjelo”.

Balaca planet milyon illərləəbədiyyət quyusunun zülmətindən keçərək cəsarətlə uçurdu. Qütb şəfəqi qütblər üzərində titrəyirdi, buludlar yeri leysanla sulayırdı… Planet gümüşü qanadlarını açaraq həyat doğurur və bacardığı qədər onu qoruyurdu.

– Bunu etməyin! – Anjelo şlemofona inildədi. – Bəyəm siz görmürsünüz… O, müqəddəsdir, həyat qapısını işıqlandıran günəş şüasıdır. Əgər biz onu oğurlasaq, bizi sərt cəza gözləyir.

Bəlkə, nə vaxtsa biz Düyməciyə necə gəlmişiksə, elə də bizim planetə gələrlər…

Ona cavab olaraq hamısı güldü.

– Hansısa mikroblara görə həyəcan keçirmək! –Tim qəhqəhə çəkdi. – Bir ovuc torpağa görə! Buna görə kəmağıl hindu olmaq gərək!

O, əli ilə maqnit kranın dəstəyindən yapışdı.

– Baxın! Görün on milyon dollar necə qazanı

O, cırtdan planetin üstünə şığıdı. Kranın qısqacları, sanki, əjdahanın açılmış ağzına bənzəyirdi. Möhkəm kabel dartıldı, polad səssizcə zingildədi.

“Oyuncaq” ardınca sönük iz parlayan parlaq güzgü kimi sürətlə Yerə doğru yönəldi. Onlar zamanı ötərək pələng sıçrayışı ilə kosmosun ənginliklərini qət edirdilər. Qaliblər uçurdular. Gəminin yük bölməsində Düyməcik qanadları qırılmış, əsir alınmış göy quştək asılmışdı…

Doğrudur, Kerl və Tim qiymətli ovla ehtiyatla davranırdılar. Antiqravitasiya generatorlarını qoşdular və cırtdan planetin, sanki, qəfəsdəki kolibri kimi uçduğu ikinci sistemdə çəkisizlik sahəsi yaratdılar. “Onlar”ın nəfəs alması üçün ora oksigen, karbon qazı, arqon, su buxarı vurdular. Hətta süni günəş də quraşdırdılar. On milyon dollar üçün heyifləri gəlməyən hər şeyi, demək olar ki, etmişdilər.

Və onlar mikroskopda görsənən qırıntıların, basillərin və ya qara nöqtələrin ucdantutma qırılmasının qarşısını ala bildilər. Kran Düyməciyin firlanmasını kobudcasına dayandırdıqda baş vermiş sellərdə, siklonlarda, qırmızı tüstü basmış kiçik kristallarda və vulkanların miniatür dəhşətli püskürmələri içində sağ qalmış milyonlarla sakinini qoruyub saxlaya bildilər. Ovuc içində kosmik fəlakət…

Geriyə yol o qədər də darıxdırıcı olmadı. Onlar əllərində mikroskop və lupalar ikinci sistemdə çox maraqlı vaxt keçirtdilər. Çapalayan canlı dənəcikləri incə maqqaşla götürüb ağ işıqla işıqlanan əyanilik şüşəsinin üstünə qoyurdular.

– Bu birə sirkindən də yaxşıdır! – Tim mehribanlıqla gülərək dedi. – Bax gör necə vurnuxurlar. Ha-ha, saatda millimetr. Nə baş verdiyini başa düşə bilmirlər. Bizim kimi super məxluqların mövcudluğunu təsvir belə edə bilmirlər.

– İrsiyyət sahəsində təcrübələr üçün əla obyektdir, – Kerl işgüzarlıqla qeyd etdi. – Az qala, kor milçəklər kimi sürətlə artırlar. Onlarda zaman ölçüləri bizimkindən tamamilə fərqli olmalıdır. Yəqin ki, bizim bir saatımız onların bir ilinə bərabərdir. Təsəvvür edirsiniz, bu, tədqiqatçılar üçün nə deməkdir?! Bütöv bir xalqa xərçəng xəstəliyi yeritmək və alışqan qutusunda təcrid edərək bir neçə nəslin müqavimət qabiliyyətini, xəstəliyin yayılmasını, ölüm faizini müşahidə etmək mümkün olar.

– Bəlkə, Düyməciyi astrofizika muzeyinə satmayaq, – Macio fikirli-fikirli dedi. – Yaxşı olardı ki, onlar üçün xüsusi yer düzəldək və topdan sataq. Hə? Necə fikirdir? Hər milyon dənəsinə min dollar. Deyək ki, onlar sutkada on milyon dənə artırlar. Özü də yeməyi və qulluğu heç bir xərc aparmayacaq.

– İşin Düyməcikdən məhsul yığmaq olsun – günə on min! – Tim əllərini yanlanna çırpdı. – Gör nə qədər müxtəlif istifadə yolları var?! Bir milyonu məktəblərə – əyani vəsait kimi, on milyonu hərbi oyunları xoşlayan sərkərdələrəəyləncə yerinə: süni planeti məskunlaşdır və atom müharibəsi olarsa, nələrin baş verəcəyini yoxla.

– Əgər onlara kosmik gəmilərin mikroaparatlarında işləmək öyrədilsə, bu, tranzistorlardan ucuz başa gələr! – Kerl lupasını planetə yaxınlaşdırdı. – Baxın, onlar artıq dağılmış şəhərləri bərpa edirlər. Kristalların formalarının necə dəyişdiyi görünür. Yaman canı bərk tayfadır ha…

O, gülümsədi.

– Qulaq asın! – Macionun ağlına yeni ideya gəldi. – Onları qadınlann sırğalarının şüşələrinə min-min yerləşdirmək olar! Bir yerə yığılanda onlar üçün qadınlar söhbətə hazır mövzudur.

Broşka, içində də qurdalanan canlılar…

Hə, dörd yoldaş Düyməciyə baxaraq xeyli şənlənmişdi. Misli görünməmiş pulları necə qazanacaqlarının planını qururdular. Artıq “Düyməcik” adlı sindikat da yaratmışdılar.

Bircə Anjelo dinmirdi. O, iki nömrəli sistemdə çəkisiz sabun köpüyü kimi uçan mavi planetə, xaraba qalmış qitələrə, alovdan məhv olmuş şəhərlərin mərkəzlərindən uzanıb gedən yeni küçələrə baxırdı… İkinci sistemin paslanmış divarları arasında milyonlarla canlı məxluqun planet ətrafındakı ulduzsuz fəzaya baxmasını təsəvvür edirdi. Onun yuxusu qaçmışdı, iştahı yox idi, arıqlamışdı, fikirli vəəsəbi olmuşdu.

– Onun hindu fantaziyalarından olmaz da! – Tim donquldandı. – Elə hey bu basilələrin qeydinə qalır. Onların düşünə və danışa bildiklərinə inanır. Basilələrin!

– Əlbəttə ki, bu, mümkündür, – Kerl qeyd etdi.

– Necə yəni? – Tim inamsız ona baxdı.

– İş elə burasındadır! – Kerlin gözləri parıldayırdı.  Sensasiya: düşünən basilələr!

O, əlini qaldırdı və nəhəng kölgə şəhərlərin, dağların, ölkələrin üzərinə çökdü.

– Bütün gözəllik elə burasındadır! Anlayırsan?

– Hə! – Tim cırtdan planetin üstündən vəhşi quş təki uçan ələ baxdı. – Hə, əlbəttə!

Onların gülüşü həddən artıq güclü təxəyyülün nəticəsi olan qarabasmalardan əziyyət çəkərək çarpayısında firlanan Anjelonun olduğu bölmədə də eşidilirdi.

– Sizin gəmi sterilləşdirilmədən keçməlidir! – xidmətçi soyuqqanlılıqla dedi. – Qayda belədir: kosmosdan qayıdan bütün gəmilər mümkün yad bakteriyaların və virusların zərərsizləşdirilməsi məqsədilə bir sutka ərzində yüz dərəcəlik istidə saxlanılmalıdır.

– Axı siz niyə başa düşmürsünüz? – Tim əsəbiləşdi. – İkinci sisterndəki planet məskunlaşmışdı! Onda həyat var!

– Mikroskopik canlıların xüsusi növüdür, – Kerl izah etdi. – Təqribən millimetrin mində ikisi boydadırlar. Elmi təcrübələr üçün olduqca lazımlı nadir tayfadır!

– Planet? – xidmətçi soyuqqanlılıqla dedi. – Sizin gətirdiyiniz bu mineral nümunə, bu asteroid?

– Həqiqi canlı planet! – Macio onu inandırmağa çalışırdı. – Biz özümüz onun Bətəlgeyze ətrafında fırlandığını görmüşük. Qütb şəfəqi, buludları və daha başqa şeyləri vardı!

Panama planetlərarası kosmodromu. Kosmolimanın pəncərələrindən bəşər tarixindəən uzaq reysi bitirmiş, meteorlardan çopurlaşmış “Oyuncağ”ın korpusu görünürdü. Texniklər artıq qanunla təyin olunmuş sterilizəni yerinə yetirmək üçün böyük elektrik istilik qurğusunu lyukun yanına gətirmişdilər.

Tim, Kerl və Macio var gücləriylə çalışırdılar ki, “Düyməcik” sindikatının maraqlarını qorusunlar. Burada haradasan?! Bəyəm kütbeyin bürokrat belə gözəl ideyanı anlaya bilər?!

– Nə istəyirsiniz deyin! – İşçi ciddi dedi. – Deyin, bir damcı suda bütöv bir xalq, milyon nəfəri min dollar olan mikroinsanlar haqqında!

Təlimat toplusuna barmağı ilə vurdu.

– Qanun qanundur! Biz risk edə bilmərik! Hm, risk edib bu basilələri bizim planetə buraxammarıq. Bu, məsuliyyətsizlik olar, cənablar, məsu-liy-yət-siz-lik!

Onlar etiraz edirdilər. Əl-qol atır və səs salırdılar. Hətta “təcili yardım”ın “mavi planet” və “oğurlanmış yazıq quş” haqqında çərənləyən Anjelonu necə apardığını belə hiss etmədilər.

İstilik cihazı ucadan uğuldadı. Yandırıcı hava dalğaları “Oyuncağ”ın korpusuna daxil oldu və bölmədən-bölməyə axdı. Kosmonavtların üçü də susdu. Faktla barışmamaq mümkün deyildi. Xidmətçi təlimat toplusunu bağlayıb başını yelləyərək onların arxasınca baxdı. Kosmik dəlilik tutmasından başqa bir şey deyil… Bu kosmonavtların hamısı reysdən qayıtdıqdan sonra özünəməxsus böhran keçirir. Nə deyəsən, Panama planetlərarası kosmodromunda nəzarətçi işləmək heç də asan deyil!

Üçlük gəmilərinin yanında ayaq saxladı. Su sistemi olan bölməyə baxaraq istilik qurğusunun həzin uğultusuna qulaq asdılar. Nə eşitmək istəyirdilər? Qışqırıqları, şəhərləri udan alovun nəriltisini, okeanların qaynamasınımı?

– Necə də qanmaz adamlar var! – Macio özündən çıxdı.

– Day demə, – Tim donquldandı. – Biz milyonlar qazana bilərdik, başa düşürsünüz, milyonlar!

– Biz onlar üçün Allaha bərabər idik, – flkrə gedərək dedi. – Bu da axırı – sterilizə!

İyirmi ildən sonra məmurlardan biri Kosmik Ticarət Kompaniyasının anbarında böyük yumru daş tapdı. O, araşdırmalar apardı və öyrəndi ki, bu daş heç kəsi maraqlandırmır. Kosmonavtlar həmişə Yerə suvenir kimi meteorlar gətirirdilər.

Onda məmur avtokranın sürücüsünəəmr etdi ki, işdən sonra daşı şəhərdən kənara çıxartsın. O, meteorlardan çox gözəl kərpicciklər alındığını bilirdi. Daşı dinamitlə partlatdı və bağında onun parçalarından əla ansambl qurdurdu. Çiçək ləkləri güllə örtüləndə o, tez-tez arvadıyla öz quraşdırdığına tamaşa etməyə gəlirdi.

– İşə bir bax, – hər dəfə o deyirdi, – üç yüz işıq ili məsafədən, düz Bətəlgeyzedən bura gətirilmiş bəzək daşı cəmisi on dollara!

 

Tərcümə edən: N.Orucova

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10