“Plansız məqsəd yalnız arzudu” -Antuan de Sent-Ekzüperi

42 Baxış

ekzwperi1. Sevgi gözlərini bir-birinə zilləmək yox, birlikdə eyni istiqamətə baxmaqdır.

2. Bütün yaşlı adamlar nə vaxtsa uşaq olublar…ancaq onların çox azı bunu xatırlayır.

3. Səhranın gözəlliyi ondadır ki…o hardasa bir quyu gizlədir…

4. Dünyada ən gözəl şeylər gözlə görünmür və onlara toxunmaq olmur. Onları yalnız ürəklə duymaq olur.

5. Fikir vermisinizmi kimsə qəmgin olanda qürub çağını sevir.

6. Plansız məqsəd yalnız arzudur.

7. İnsanı xilas edən addım atmaqdır..Sonra başqa addım…

8. Sənə kimin heyran olduğunu və səni kimin sevdiyini mənə de…sənin kim olduğunu deyərəm.

9. Əgər gəmi düzəltmək istəyirsinizsə adamları taxta gətirməyə göndərməyin, onlar arasında işi bölüşdürməyin yaxud da əmr verməyin. Sadəcə onlara sonsuz dəniz üçün darıxmağı öyrədin!

10. Gözlər kordur. Siz ürəklə baxmalısınız…

11. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən çətindir.

12. Kədər yaşamaq faktının sübutudur…
13 Şöhrətpərəst insanlar tərifdən başqa heç nə eşitmirlər.

14. Əşyaların mənası əşyalarda deyil, onlara olan münasibətdədir.

15. Müharibə məcara deyil, o xəstəlikdir. O yatalaq kimidir.

16. Özünüzü nəyəsə həsr etsəniz verdiyinizdən çox qazanacaqsınız…

17. Təyyarələr Yerin əsl üzünü bizə göstərdi.

Tərcüməçi Sevil Gültən

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10