“Poçt qutusu” hekayələr kitabı gürcü dilində

3 Baxış

13Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal” nəşriyyatı tərəfindən gürcü dilində işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyasından Senet.az saytına bildirilib ki, bu, yazıçının görkəmli tədqiqatçılarından biri olan akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin layihəsi əsasında reallaşdırılıb.

Bu layihə əsasında Cəlil Məmmədquluzadənin hekayələri artıq Misirdə, Macarıstanda və Pakistanda nəşr edilib. C.Məmmədquluzadənin həyatının böyük bir dövrünün Tbilisidə keçməsinə və “Poçt qutusu” hekayəsinin ilk dəfə burada “Şərqi Rus” qəzetində çap etdirilməsinə baxmayaraq, gürcü oxucuları onun hekayələri ilə tanış olmamışdı. C.Məmmədquluzadənin hekayələr kitabı bir neçə dildə işıq üzü görsə də, gürcü dilində ilk dəfədir ki, toplu halında nəşr olunur.

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat