“Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” monoqrafiyası çap olunub

4 Baxış

16328394973216918967_1000x669

Filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” monoqrafiyası çap olunub.

AMEA-dan Senet.az-a verilən məlumata görə, monoqrafiyaya AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı ön söz yazıb.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.

Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, “Poeziyamızın Vətən müharibəsi – Qarabağ”, “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlı fəsillərdən ibarətdir.

Bölmə : Bölməsiz
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10