Polad Bülbüloğlu 13 yaşlı oğlu ilə yenidən səhnədə

63 Baxış

poladAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirskdə keçiriləcək Transsibir Beynəlxalq İncəsənət Festivalında 13 yaşlı oğlu Murtuza ilə eyni səhnəni bölüşəcək.

Festivalda səfirin oğlu dirijor kimi çıxış edəcək. Polad Bülbüloğlu isə ona dəstək olmaq üçün mahnı oxuyacaq.

Qeyd edək ki, III Transsibir İncəsənət Festivalı aprelin 9-dan 24-dək Novosibirskdə keçiriləcək. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Koreya, Yaponiyada konsert proqramları olacaq. Tədbirdə 26 solist və 11 dirijor iştirak edəcək.

Bölmə : Sənət xəbər