Azərbaycan prezidenti ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu “Şərəf” ordeni ilə təltif edilsin”.
Xatırladaq ki, fevral ayının 4-də görkəmli müğənni-bəstəkar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubileyidir.