“Polkovnik” sənədli filminin Polşada nümayişi keçiriləcək

8 Baxış

polkovnik film2016-cı il martın 14-də Polşanın paytaxtı Varşava şəhərində “Salnamə” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilmiş “Polkovnik” sənədli filminin nümayişi keçiriləcək.

Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif edilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılmışdır.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun köməkliyi ilə çəkilən filmin təqdimatında filmin rejissoru Tahir Əliyev iştirak edəcək.