Praqa Milli Kitabxanasında Azərbaycana aid 100-dən çox əlyazma saxlanılır

21 Baxış

77377_8jsqsmgawu

Azərbaycana aid 100-dən artıq əlyazma Praqa Milli Kitabxanasında mühafizə edilir.

Azərbaycan Milli Elmlər Akademiyasından Senet.az-a verilən xəbərə görə, Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Bağırov və M.F.Axundzadə adına Milli Kitabxananın Nadir kitablar şöbəsinin müdiri Gülsəidə Abdullayeva Azərbaycanla bağlı olan əlyazma nüsxələrini üzə çıxarmaq məqsədi ilə Çexiyanın Milli Kitabxanasında olublar.

Səfər AMEA-nın və M.F.Axundzadə adına Milli Kitabxananın təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı alimlərin Praqa Milli Kitabxanasında apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, burada Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyasına aid 100-dən artıq əlyazma mühafizə edilir. Kitabxanada Nizami, Füzuli, Nəsimi, Şeyx Səfiəddin Ərdəbilli, Nəsrəddin Tusi və başqalarının nəfis və miniatürlərlə bəzədilmiş əlyazmaları saxlanılır. Əlyazmaların elmi-paleoqrafik təsvirləri, həmçinin maraq doğuran rəsm və miniatürlərin fotoşəkilləri, ərəb, fars və türk dillərində olan əlyazmaların kataloqu gələcəkdə çap edilməsi üçün ölkəmizə gətirilib.

Bölmə : Sənət xəbər, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10