Prezident “Kitabi-Dədə Qorqud” barədə sərəncam verdi

14 Baxış

dedeAzərbaycan prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm NazirliyiTəhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Prezident yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün təqdim etməlidir.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10