Pulsuz 3000 kitab!

23 Baxış

adsd

Artıq 9 ildir ki fəaliyyət göstərən Hədəf Kursları fəaliyyətə başladığı ilk illərdən təhsilimizin inkişafı,gənclərin maariflənməsinə dəstək məqsədilə bir neçə sosial layihəyə imza atmışdır.

Növbəti layihə yeni tədris ilinin başlanğıcında “Bilik günü ” münasibətilə keçirilən ” Pulsuz 3000 kitab” aksiyasıdır.

Bildiyimiz kimi hər il ali məktəblərə hazırlaşan abituriyentlərin kitab və test vəsaitlərini alması müəyyən qədər maddi sıxıntıya səbəb olur. Bu maddi sıxıntını aradan qaldırmaq üçün Hədəf Kursları 3000 dərslik,bədii kitab və test vəsaitlərini şagirdlərə ödənişsiz paylayacaq. Eyni zamanda layihəyə qoşulmaq istəyən kənar şəxslər də istifadəyə yararlı, lakin ehtiyacları olmayan dərslik,bədii kitab və test vəsaitlərini gətirib imkansız şəxslərin oxumasına dəstək ola bilər.

Tarix : 16 Sentyabr,2017
Saat :    15:00 - 18:00 müddətində.
Ünvan : Hədəf Kursları 20 Yanvar filialı,Tbilisi pr.72(Azərbaycan Universitetinin köhnə binası)

KÖŞƏ YAZARLARI
TOP 10