Qələbəyə Dəstək Hərəkatı 25 əsgər ailəsini himayəyə götürdü

46 Baxış

IMG_20201016_172750

16 Oktyabr 2020-ci il tarixində da bir qrup İş adamının təşəbbüsü ilə yaradılan Qələbəyə Dəstək Hərəkatının növbəti iclası keçirilmişdir. İclasın gündəliyi əsgərlərimizə göndərilən ikinci sövqatın hesabatı, yeni iş adamlarının hərəkata qoşulmaq istəyi, Qələbəyə Dəstəyin üçüncü mərhələsinin planlamasından ibarət idi.

Sovqatın Goranboy istiqamətindəki əsgərlərimizə yetişdiyini, ordumuzun yüksək əhval ruhiyyədə olduğunu, hətta təşəbbüs qrupunun rəsmi telefonuna əsgər və zabitlərimiz tərəfindən gələn təşəkkürlər haqqında ətraflı məlumat verildi.

3-cü dəstəyin nədən ibarət olacağı haqqında müzakirələrin nəticəsi olaraq, aşağıdakılar planlaşıdırıldı:

  1. Budəfəki ianələrin əsas hissəsi səfərbərlik və könüllü şəkildə ordu sıralarına qoşulan 25 əsgərin ailəsinə dəstək üçün ayrılsın,
  2. Əsgərlərimizin daha çox ehtiyac duyduğu əşyalar müəyyənləşdirilib alınsın,
  3. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanlı iş adamlarının da təklifləri dəyərləndirilib sıralarımıza qoşulsun.

Qeyd edək ki, Qələbəyə Dəstək Hərəkatı Ali Baş Komandanımız İlham Əliyevin böyük iradəsi və siyasi gücü ilə torpaqlarımızın azad edilməsi üçün apardığı siyasətə, Azərbaycan xalqını Qələbəyə götürəcək əks hücumda rəşadətli ordumuza dəstək məqsədi ilə yaradılmışdır. Bu barədə məlumatı Qələbiyə Dəstək Hərəkatı Təşəbbüs qrupunun sədri Hədəf Şirkətlər qrupunun sahibi Şəmil Sadiq vermişdir.

Təşəbbüs qrupuna qatılan şirkətlər aşağıdakılardır:

Behrud İnşaat MMC, Hədəf Şirkətlər Qrupu, Halal-P MMC, Prime TV MMC, Medika Hospital MMC, UKASMEN MMC, ABBAo İnşaat, Starlab Tibb Mərkəzi, Əlincə İdman Klubu, Onat Nəqliyyat, Kitabevim.az, RR şirkətlər qrupu, İnci şirkətlər qrupu, SinKOD MMC, HORECA MMC, Simit  Sarayı, “B2B group” MMC, Biləv İnşaat, Tetrada MMC, Star Sports trikotaj, SHOKET Soyutma sistemleri, GLOCAL MMC, RERAPIER MMC, Xan Nəşriyyatı, V.S Qrup MMC, Azsertservic MMC, İzakov şirkəti

Qarabağ Azərbaycandır!

 

 

 

 

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10