Qələmin rəqsi

47 Baxış

10636194_843966562290286_3875121276455683533_nEsse

 Yazmaq qələmin sadəcə hərflər boyunca sağa-sola, aşağı-yuxarı, dalğavari və ya düz hərəkəti deyil.

Bu adi bir hərəkət deyil. Yazmaq qələmin rəqsidir. Fikirlərin, düşüncələrin qələmlə rəqsi. Düşüncələrin sanki bir melodiya…

Yaşadıqların, şahidi olduğun hadisələr, hisslərin bu melodiyanı yaradır. Bu melodiyanın müşaiəti ilə qələmə uzanan əl onu rəqsə dəvət edir, qələmə sarılmış barmaqlar rəqsə başlayır.

” Pa”ların ( rəqsdə ayaqların müyyən hərəkəti) vəhdətindən  söz, söz birləşməsi, cümlə və sonda isə rəqs kompozisiyası, yəni mətn yaranır.

Bu rəqs olmadan nədənsə yaza bilmirəm.  Kompyuterin, ağıllı telefonların insan həyatına təsiri bir çox insanın əl yazısının itməsinə səbəb olub.  “Qələmlə yazmağı yadırğamışam” sözünü   son zamanlar tez-tez eşidirəm. Bu məqamda bütün  həyatımız düymələrlə idarə olunur desəm, məncə,  yanılmaram.

Barmaqların klavişlərdə gəzintisi və bu addımların monitorda izləri mənə çox yad və süni görünür. Sonunda bu gəzinti baş versə də qələmin rəqsi olmadan davam edə bilmir. Klavişlərdəki gəzinti mənim üçün sadəcə bir köçürülmədir, təkrardır.  Monitordakı hərflərin izləri hər kəsdə eynidir. Qələmin rəqsi isə fərdidir, sənə məxsusdur. Bu rəqsi hərə özünəməxsus ifa edir. Hər kəsin addımları da fəqlidir.

Bir məsəl var “Mənim ayaqqabımı geyinə bilərsən, amma mənim kimi yeriyə bilməzsən” . Qələmin rəqsi də belədir. Yazdığın qələm başqasında da ola bilər, lakin o həmin qələmlə sənin kimi rəqs edə bilməyəcək. Qələmin rəqsini həmdə buna görə sevirəm özəl olduğu üçün…

 

Səma Fuadqızı

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10