Qənirə Paşayevadan yeni kitab – QAQAUZ YERİ

14 Baxış

15683384_1186458154735189_2083107838_n

Qənirə Paşayevanın “Qaqauz yeri” kitabı “Hədəf” Nəşrlərlərində çap edilmişdir.

Orda bir el var – uzaqda, O el bizim elimizdir… sözləri ilə başlayan kitab bu gün təxminən, 250 min Qaqauz Türkünün yaşadığı xristian türklər – qaqauzlar haqqındadır. Qaqauzlar, Ortodoks xristianlığını qəbul etmiş bir türk birliyidir. “Qaqauzca” adlandırılan qaqauz dili, Türkiyə türkcəsinə ən yaxın dillərdən biridir. Türkiyə türkcəsini bilən biri, bir qaqauz türkü ilə çox rahat danışa bilər. Çünki sözlərin çoxu ortaqdır və səslənmələr Türkiyə türkcəsinə çox yaxındır.

Bir türkçülük, turançılıq sevdalısı olan, millət vəkili Qənirə Paşayevanın “Qaqauz yeri” adlı kitabı qaqauzların bugünkü həyatlarından bəhs edir. Kitabda, Q.Paşayeva qaqauzların yaşadığı bölgələrə gəzmiş, onların bugünkü həyat tərzləri maraqlanmış, onların milli-mənəvi tarixlərinin, adət-ənənələrinin daşıyıcısı olan tarixi yerlər haqqında geniş məlumatlar dərc olunmuşdur.

Kitabın redaktoru Sərvaz Hüseynoğlu, naşiri Şəmil Sadiqdir.

KÖŞƏ YAZARLARI
TOP 10