Qənirə Paşayevanın imza mərasimi keçirilib

6 Baxış

10433842_872191949483061_3097634982625445126_n

Kitabevim.az Kitab Marketində millət vəkili, yazıçı Qənirə Paşayevanın kitablarının imza mərasimi keçirilib. Tədbirdə KİV nümayəndələri, ictimai-siyasi xadimlər, müəllifin qələm dostları və oxucular iştirak ediblər.

Tədbirdə çıxış edən “Hədəf” Şirkətlər Qrupunun baş direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq Qənirə Paşayevanın yaradıcılığından söhbət açıb. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra söz alan Qənirə Paşayeva tədbir təşkilatçılarına öz təşəkkürlərini bildirib. Görüş sual-cavab formatında davam edib. Sonda müəllif kitablarını oxucular üçün imzalayıb.

Qeyd edək ki, imza Paşayevanın kitablarının satışından əldə edilən gəlir imkansız ailənin xəstə körpəsinə bağışlandı.

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10