Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb

89 Baxış

qenirepMillət vəkili Qənirə Paşayevanın yeni kitabı – “Sağlamlığın öz əlində…” işıq üzü görüb. Kitabda Qənirə xanımın əhalinin tibbi maariflənməsi ilə bağlı müxtəlif dövrlərdə yazdığı məqalələr, Milli Məclisdə etdiyi çıxışlar yer alıb.

Senet.az kitab haqqında müəllifin fikirlərini təqdim edir:  “Əziz dostlar, qiymətli oxucular, mən hələ Azərbaycan Tibb Universitetində oxuduğum illərdə düşünürdüm ki, insanlarımızın tibbi maariflən(diril)məsi işinin genişləndirilməsi ən vacib məsələ­lərdən biridir. Bununla biz cəmiyyətimizdə bir sıra xəstəliklərlə daha təsirli mü­barizə apara və onları mümkün olduğu qədər azalda bilərik.

Millət vəkili seçildiyim dövrə qədər keçən müddət ərzində bir sıra xəstəlik­lər­dən əziyyət çəkənlərin sayı sürətlə artmağa başladı… yeni xəsətlik növləri tibbə məlum oldu; və budur, bəzi xəstəliklər isə bizi artıq “SOS!” siqnalı çalmağa məcbur edir. Bölgə­lərimizdə, kəndlərimizdə insanlarla görüşlər və az qala hər gün aldığım çoxsaylı məktublar əsasında deyə bilərəm ki, əhalinin tibbi maarif­lən­(di­ril)məsi işinin qısa zamanda sürətlə genişləndirilməsi indi ən vacib məsələlərdən (vəzifələrdən!) biridir. Məsələn, bu gün bütün dünyada sürətlə artan (cavanlaşan!) xərçəng xəstəliyi ilə mübarizədə maariflən(diril)mə ən ciddi məsələlərdəndir. Çün­ki xərçəng xəstəliyi zamanında aşkar olunarsa, ondan xilas olmaq mümkündür am­ma gec qalındığı zaman vətəndaş və dövlət nə qədər çalışsa da, onu həyata qay­tarmaq mümkün olmur…

Kişilər arasında artan ağciyər xərçəngində siqaretin nə qədər böyük rol oynadığını təssüf ki, onların böyük bir hissəsi o qədər də bilmir. Gənc oğlan­larımız, kişi­lərimiz (elə qadınlarımız arasında da!) siqaretdən istifadə edənlərin artması özü ilə xəstəliklərin də artmasına təsirsiz ötüşmür. Adi bir duruma diqqət edək: siqaret çəkənlərin sıx-sıx getdiyimiz ictimai yerlərdə siqaretdən istifadə etməsinin (onların özlərinə göstərdiyi) zərər qədər biz də (- siqaretdən istifadə etməsək də! – ) onlar qədər siqaretin zərərli (zəhərli) təsirinə məruz qalırıq… ancaq nə qədər insan bunun fərqindədir?! Siqaret çəkən buna mənəvi haqqının olub-olmadığını ciddi düşünsə, insanlar da bu cür hallara laqeyid qalmayıb, duyarlı olsalar, durum dəyişməzmi, sizcə? Dəyişər, əlbəttə!
Hələ hələ antibiotiklərdən ehtiyatsız istifadənin nələrə səbəb olduğunu bilirsi­nizmi, dostlar? Bəs hər gün istifadə etdiyimiz cib telefonlarının sağlamlığımız üçün nə qədər böyük təhlükə olması və ondan özünüzü və ən əsası(!) kiçik yaşlı övlad­la­rı­nızı necə qorumaq yolları barədə ciddi düşünmüsüzmü?!.

saglamliginDüşünmüsüzmü ki, siqaret və narkomaniya adlı bəla ilə necə mübarizə aparmaq olar? Dünyada və bizdə də artan QİÇS-dən, onun artmasından necə xilas ola bilər cəmiyyətimiz? – bu sualla qarşılaşmısızmı? Yaxud, sizcə, qan qrupu insanın xarakteri haqqında nələr deyir? – Getdikcə dünyada daha geniş və maraqla araşdırılan bu məsələdə gerçəklər nə qədərdir? Sizin qan qrupunuz sizə və başqalarına nə söyləyir? – Müxtəlif zamanlarda yazdığım məqalələrin toplandığı bu kiçik kitabda bütün bu və bənzəri suallara müəyyən cavablar tapa bilərsiniz, deyə düşünürəm… Ümidvaram, bir az zaman ayırıb, oxusanız, peşman olmazsız…
Əziz dostlar!
Zaman dəyişib, tibbin imkanları da… İndi orqan köçürülməsi ilə nə qədər insanı ölümün caynağından xilas etmək mümkün olur..!– Dünyadan köçən bir insanın həyatda edə biləcəyi ən böyük yaxşılığın, insanlığa ən böyük faydasının öz orqanlarını bağışlayaraq bir neçə insanın yaşamasına səbəb olmaq olduğunu bilirsinizimi? – Bilirsinizmi, “insanların ən faydalısı insanlığa ən çox faydası olandır” demişdi Tanrının sonuncu elçisi… (Əlbəttə, orqan bağışı qaydalar-qanunlar çərçivəsində olmalıdır ki, orqan tacirləri yararlana bilməsin bu işdən… çarəsiz insanlar faydalana bilsin sadəcə…)
Onu da açıq şəkildə deyim ki, mənim öz or­qan­larımı bağışlamağım barədə (ictimailəşmiş) vəsiy­yətim və bunu sənədləşdirməm, cəmiyyətdə ilk öncə birmənalı qarşılanmadı… Respublikamızda bir ilk olduğu üçün müzakirələr də çox oldu bu mövzu ətrafında… ancaq mövzunun nə qədər önəmli olduğunu öyrənib bilənlərin sayı daha da artdı hər ötən ay içində və insanların əksəriyyəti nəinki bu addımı dəstəklədi, bu cür addım atanların sayı önəmli dərəcədə artdı. Bax, bu kitabı, bir də, “Bir millət vəkili niyə belə bir addım atdı?” sualına cavab bulmaq istəyi ilə oxuya bilərsiz… və inanıram ki, siz də ciddi düşünəcəksiz bu mövzuda…
Nigaha daxil olanların tibbi müayinədən keçməsi, onlara tibbi arayış təqdim edilməsinin vacibliyi ilə bağlı, mənim və həmkarlarımın Milli Məclisdə dəfələrlə təkliflərlə çıxış etməyimiz öz həllini tapdı. “Ailə Məcəlləsi”ndə dəyişikliklərin edilməsi haqqında” qanununla artıq nigaha daxil olan şəxslər tibbi arayış təqdim edəcək. – “Bu bizim nəyimizə lazımdır?” deyirsinizsə, vaxt ayırıb, bu kitabı oxu­sanız, oxunuzdan, vaxtınızdan məmnun qalacaq, bir çox suallara olumlu cavab tapa biləcəksiniz.
Qiymətli oxucular!
Bu kitab hər gün xəstəliklərin və gərginliklərin artdığı bir dünyada, özünü, obrazlı desək, öz dünyanı qorumağa bir az da olsa, yardım edə biləcəksə, bu mənim ən böyük qazancım olcaq..! Çalışın özünüzü qoruyun..! Özünü xəstəlik­lər­dən, naqisliklərdən, cahilliklərdən qorumaq, başqalarını da qorumağa xidmət edir, bir anlama… cəmiyyətin inkişafına da xidmət edir. Çox ümidliyəm ki, bu kitab, tibbi maariflən(dir)mə adlı ümumi işimizə, kiçik də olsa, bir töhfə olacaq.”

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10