“Qəribə adam” kitabının təqdimatı keçiriləcək

16 Baxış

73388500_2935256656503841_6760863893586706432_o

15 noyabr 2019-cu il saat 15:00 Kitabevim.az-da (28 May filialı) görkəmli Azərbaycan şairi Rüstəm Behrudinin “Qəribə adam” şeirlər kitabının təqdimatı keçirləcək.

Yaradıcılığında Türklük-turançılıq və dərviş fəlsəfəsini yaradıcılıq taleyinə çevirən, türk dünyasında, “Şaman duası”, “Salam dar ağacı”, “Turan-ruhu sözlərimdə çırpınan ölkə” kitabları ilə könüllərdə taxt quran müasir Azərbaycan şairi Rüstəm Behrudinin qələmə aldığı “Qəribə adam” şeirləri görkəmli tarixçi alim, ictimai və dövlət xadimi Əbülfəz Elçibəy haqqındadır.

Qeyd edək ki, kitabın struktur-semantik xüsusiyyətlərini filologiya üzrə fəlsəfə doktoru, dosent Nazim Muradov yazıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10