Qəzzada İslama aid əlyazmalar sərgisi- FOTOLAR

4 Baxış

islam sergi 6Hollandiyanın Fələstindəki İdarəçilinin nümayəndəsi Peter Mollema Qəzzada İslama aid əlyazma əsərlərinin sərgisini açıb. “İslama aid Sənət Əsərləri” adı altında keçirilən sərgidə Hollandiyanın Leyden Universitetində saxlanılan 40-dan çox əlyazma nümayiş etdirilir.

Sərginin təşkilatçısı Mollema məqsədlərinin Hollandiyadakı İslama aid əsərləri fələstinlilərə göstərmək və fələstinlilərlə hollandiyalılar arasında əlaqələr yaratmaq olduğunu bildirib.

Sərgidə İslam sənət tarixinə aid əsərlərin nüsxələri və fotoları, həmçinin Qurani- Kərimdən bəzi ayələrin əlyazmaları yer alıb.

Qeyd edək ki, sərgi bundan öncə Qərbi Şəriyyədə nümayiş etdirilib.

Leyden Universitetində Orta Şərqə aid mindən çox əlyazmanın olduğu bildirilir.

Bölmə : Sənət xəbər, Tarix